Almaniyanın paytaxtı Berlində ənənəvi “Beynəlxalq Yaşıl Həftə-2019” sərgisi keçirilir.
Bu barədə “Bizplus.az” “Report”a istinadən bildirir ki, məlumat İqtisadiyyat Nazirliyindən verilib.
Məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Fondunun təşkilatçılığı ilə 14 Azərbaycan şirkəti şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və s. məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edir.
Xüsusi zövq və dizaynla hazırlanmış “Made in Azerbaijan” stendi sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır.
Sərgi yanvarın 27-nə qədər davam edəcək.