Ev tikənlərin sayı yenidən artır – Dövlət və özəl sektorun payı açıqlanıb

Date:

Paylaş:

2018-ci ildə Azərbaycanda mənzil tikintisi sahəsinə investisiyaların ümumi məbləği 1 mlrd. 313,8 mln. manat olub. Bu isə 2017-ci illə müqayisədə 61,1% artım deməkdir.

“Bizplus.az” xəbər verir ki, tikinti sahəsinə sərmayələrin 252,3 mln. manatı dövlətin payına düşür və bu göstərici 2017-ci illə müqayisədə 68,4% çoxdur.

Özəl sektor isə yenidən mənzil tikməkdə aktivləşib və 2017-ci illə müqayisədə bu sektora qoyduğu sərmayəni 31% artırıb. Rəsmi göstəricilərə görə, özəl sektorun payına düşən investisiyaların həcmi 1 mlrd. 61,5 mln. manatdır.
Nəticədə, 2018-ci ildə ölkədə istismara verilən yaşayış yerlərinin ümumi sahəsi 3.5% faiz artaraq, 2 mln. 84,7 min kvadratmetr olub.

2018-ci ildə fərdi ev tikintisi də artıb. Azərbaycan vətəndaşları öz vəsaitləri hesabına 13,7 min ev tikib. Evlərin tikintisi Bakı, Naxçıvan MR-nin ərazisində, Masallı və Sabirabad rayonlarında daha çox həyata keçirilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...