Çinli milyarder: “Axmaqlıq xərçəng xəstəliyindən də pisdir”

Date:

Paylaş:

Alibaba” alış-veriş saytının təsisçisi, çinli milyarder Cek Ma İsveçrədə Davos İqtisadi Forumunda çıxış edib. Ma xərçəng şişindən daha qorxulu, müalicəsi olmayan xəstəlikdən söz açıb.

Oxu.Az-ın məlumatına görə, çinli milyarder şirkətdəki işçilərin hansı keyfiyyətlərinə üstünlük verməsi ilə bağlı aparıcının verdiyi sualı cavablandırıb.

“Mən özümdən ağıllı insanları işə götürürəm. Elə insanlar ki, dörd-beş ilə mənim rəhbərim ola bilərlər. Əgər siz axmaqsınızsa, bu xərçəng xəstəliyindəndə pisdir. Xərçəngi müalicə etmək olur. Amma siz axmaqsınızsa, sizi müalicə etmək mümkün olmayacaq”, – deyə Cek Ma bildirib.

“Alibaba” rəhbəri işəgötürmə zamanı insanların şəxsiyyətinə böyük önəm verdiyini və heç zaman təslim olmayan, düşdüyü çətin şəraitdən gileylənməyən nikbin xasiyyətli insanlara üstünlük verdiyini diqqətə çatdırıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...