Azəriqaz” İstehsalat Birliyi fevralın 1-dən başlayaraq sayğaclara profilaktik baxış keçirəcək.
Birlikdən “Bizplus.az”-a verilən məlumata görə, əksər yeni tikilən binalardakı sayğacların işçi vəziyyətinin yoxlanılması mümkün olmur, nəticədə gözlənilmədən sayğacda yaranan problem fərdi şəkildə qaz dayanmasına və abonentlərin şikayətinə səbəb olur. Bunları nəzərə alaraq, mənzil daxili qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə fevralın 1-dən başlayaraq həmin sayğaclara profilaktik baxış keçiriləcək.