“Azərbaycanda qadın sahibkarlığın inkişafına 20 min manatdan 1 mln. manata qədər kreditin ayrılması nəzərdə tutulur”.
“Bizplus.az” “Report” – a istinadən xəbər verir ki, bunu Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva “Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən tədbirdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu məbləğin 17-dən çox layihəyə ayrılması təklif edilir.
“Azərbaycan bazarında boş olan sahələrə qadınları cəlb etmək istəyirik. Təkliflər arasında mebel istehsalının artırılması, Azərbaycanda mövcud olmayan saç boyalarının, çini qabların istehsal edilməsi bağlı layihələrin kreditləşdirilməsi var”, – o deyib.