Honkonqda 4.6 milyard dollar dəyərində avtomobil tuneli istifadəyə verilib

Date:

Paylaş:

Honkonqda inşasına 4.6 milyard dollar sərmayə yatırılmış yeni avtomobil tuneli istifadəyə verilib. Bu infrastruktur layihəsi 10 ilə başa gəlib.

“Bizplus.az”-ın bildirdiyinə görə “ICTnews” Elektron Xəbər Xidməti  “tass.ru” saytına istinadən yazır ki, yolötürücüsünün uzunluğu 4,5 kilometrdir. Onun böyük hissəsi Honkonq adasının şimal sahili boyunca yerin altından, həmçinin dənizin dibindən keçir. Tuneldə hər istiqamətdə üç hərəkət zolağı var. Yoldan istifadə pulsuzdur.

Tunel dünyada ən böyük unikal ventilyasiya və hava təmizləyici sistemlə təchiz edilib. Yeni sistem işlənmiş qazda mövcud olan zərərli maddələrin 80%-ni kənarlaşdırmağa imkan verəcək və hər saat 5,4 milyon kubmetrədək havanı süzgəcdən keçirmək gücünə malikdir.

“Yaşıllar” hərəkatının nümayəndələri sözügedən tunelin istifadəyə verilməsini alqışlayıb və hakimiyyəti yeni tuneldə istifadə edilmiş texnologiyaları Honkonqun digər belə tikintilərində tətbiq etməyə səsləyiblər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...