“Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev Azərbaycan Sığortaçılar Assosiasiyaının (ASA) sədri təyin edilib.
“Bizplus.az” xəbər verir ki, bu barədə A.Əliyev məlumat verib. A.Əliyev bildirib ki, təyinatla bağlı qərar cari ilin yanvar ayının 18-də verilib. “Bu gündən işimin icrasına başlamışam. Hazırda müvafiq sənədlərin təsdiqi ilə bağlı Palataya müraciət etməyə hazırlaşırıq”.
Qeyd edək ki, ASA-da sədr vəzifəsini Mustafa Abbasbəyli icra edib. M.Abbasbəyli əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir təyin edilib və nazirin yeni müşaviri yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.