Azərbaycan avtomobil ixrac edəcək

Date:

Paylaş:

2019-cu ildən etibarən Neftçaladakı «Khazar» Avtomobil Zavodunda yeni modellərin istehsalına başlanacaq, eləcə də avtomobil istehsalı həcmi 3 dəfə artacaq. Bu barədə “Bizplus.az” bildirir ki,bu barədə “Fed.az”-a zavoddan bildirilib.

Avtomat sürət qutulu avtomobillər gəlir

Zavoddan verilən məlumata görə, 2019-cu ilin sonuna kimi “Azərmaş” ASC «Khazar» brendi ilə istehsal olunan avtomobillərinin sinfini genişləndirəcək: «Bu ildən avtomat idarəetmə qutusu ilə avtomobillərin istehsalına da başlanılacaq».
İstehsal həcmi 3 dəfə artacaq

Zavoddan bildirilib ki, 2019-cu ildə burada istehsal həcminin 3 qat artması nəzərdə tutulur. Xatırladaq ki, 2018-ci ildə zavodda minə yaxın avtomobil buraxılıb. Bu il üçün hədəflər isə  3 min avtomobil təşkil edir.

Azərbaycan avtomobil ixrac edəcək

Maraqlı yeniliklərdən biri avtomobil ixracına başlanması olacaq. Zavoddan bildiriir ki, Xəzər avtomobil zavodu həmçinin Azərbaycan istehsalı avtomobillərin ixracını da planlaşdırıb.

Ehtiyat hissələri üçün yeni müəzavodlar açılacaq

Bu ilin sonlarından etibarən avtomobillərin ehtiyat hissələrinin bir hissəsinin ölkəmizdə istehsalı gözlənilir. “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil istehsalına aid yan sənaye müəssisələrin (lokallaşdırma) yaradılmasında maraqlıdır»-deyə zavoddan bildirilir.

«Pejo» və «Reno»lar buraxılacaq

Muasir texnalogiyar əsasında qurulan avtomobil istehsalı zavodunda tək «KHAZAR» avtomobili deyil, «Peugeot» və «Renault» kimi avtomobil modellərinin də istehsalı planlaşdırılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...