2018-ci ildə Azərbaycan 86 528,40 min ABŞ dolları dəyərində 238 773,05 ton şəkər idxal edib.
“Bizplus.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 83 228,56 min dollar (49%) və 129 951,22 ton (35,2%) azdır.
Ötən il şəkər idxalı Azərbaycanın ümumi idxalının 0,75%-ni təşkil edib.