Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində “Daxili audit üzrə” Ekspert Qrupu yaradılıb.
“Bizplus.az” “FED.az”- a istinadla xəbər verir ki, yeni Ekspert Qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib.
Ekspert Qrupunda aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:
- Beynəlxalq təcrübələrin öyrənilməsi və vahid yanaşmaların tətbiqinin təşkili,
- Daxili audit işinə dair normativ aktların yenilənməsi / hazırlanması,
- Auditorların peşəkarlıq dərəcələrinin artırılması məqsədilə təlim / konfrans /seminarların təşkili
- Daxili audit işi ilə bağlı təhlil və araşdırmaların aparılması
- Bank fəaliyyətini tənzimləyən hüquqi normativ bazanın yenilənməsi / mövcud problemlərin həlli
- Xarici təşkilatlarla işgüzar münasibətlərin qurulması
Qeyd edək ki, qrupa rəhbərlik “Azərbaycan Beynəlxalq Bankı” ASC-in Daxili Audit Departamentinin direktoru Elgün Qurbanova həvalə edilib.
Elgün Qurbanov müəyyən vaxtlarda “Bank of Baku” ASC-nin Daxili Audit Departamentinin direktoru, İdarə Heyətinin Sədrinin müşaviri, filial direktoru vəzifələrində çalışıb.
Elgün Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit üzrə bakalavr və magistr üzrə təhsil alıb.