Avtomobil idxalında rekord müəyyənləşib

Date:

Paylaş:

2019-cu ilin əvvəlindən Azərbaycana idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi artırılıb. Ötən ilin son aylarını fürsət bilən idxalçılar xaricdən daha çox avtomobil gətirməyə başlayıblar.

“Bizplus.az” bildirir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatlarına əsasən xəbər verir ki, 2018-ci ildə Azərbaycana ən çox avtomobil Dekabr ayında idxal olunub. Noyabr və oktyabr aylarında da idxal yüksək sayda baş tutmuşdu.

Dekabr ayında ölkəmizə 6162 ədəd cəmi avtomobil, o cümlədən 5718 ədəd minik avtomobili idxal olunub. Noyabr ayında ölkəmizə 3378 ədəd cəmi avtomobil, o cümlədən 3084 ədəd minik avtomobili idxal olunmuşdu. Beləliklə avtomobil idxalı aylıq müqayisədə 1,8 dəfə artıb.

2018-ci ilin 12 ayı ərzində ölkəmizə cəmi 28 876 ədəd avtomobil idxal olunub. Bu, 2017-ci illə müqayisədə 2,2 dəfə çoxdur. 2017-ci ildə 13 098 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu. İllik müqayisədə minik avtomobili idxalı 11 610 ədəddən 26 147 ədədə yüksəlib.

Qısası, oktyabrın əvvəlində “2019-cu ildən etibarən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılır” xəbərini eşidən idxalçılar vergi qalxmamış xaricdən daha çox avtomobil gətirməyə başlayıblar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...