“Google” Yaponiyadakı 32 milyon dollarlıq reklam gəlirlərindən vergi ödəmədiyi üçün cərimələnib.
“Bizplus.az” xəbər verir ki, cərimə məbləği 9,2 milyon dollar məbləğində nəzərdə tutulub.
“Google Yaponiya”da aparılan yoxlamalardan məlum olub ki, şirkət buradan əldə etdiyi reklam gəlirlərini daha aşağı vergi tətbiq olunan Sinqapurda qeydiyyata alıb. Belə ki, Yaponiyanın reklam verən şirkətləri ödənişləri “Google”un Sinqapur ofisinə ediblər.
Qeyd edək ki, bununla bağlı “Google” heç bir açlıqlama verməyib.