Qızıl mədən şirkəti “Newmont Mining”, rəqiblərindən “Goldcorp”u 10 milyard dollara satın alacağını açıqlayıb. Birləşmə nəticəsində dünyanın ən böyük qızıl istehsalçısı yaranacaqdır.
“Bizplus.az” “Marja”-a istinadla bildirir ki, “Newmont”, hər bir “Goldcorp” səhmi üçün 0,02 dollar nağd və öz səhmindən 0,3280 ədəd ödəyəcək..
Xəbərdən sonra “Goldcorp”un səhmləri 1,3% dəyər qazanıb.
Sövdələşmə ilə dünyanın ən böyük qızıl istehsalçısı yaranacaq.
2017-ci ildə “Goldcorp” 2.6 milyon unsiya, “Newmont” isə 5.3 milyon unsiya qızıl hasil edib.