BAKI METROPOLİTENİ QSC (İKİNCİ ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 2 lot üzrə keçirilir:
lot 1 – Avtomobil, maşın və mexanizmlər üçün süzgəclər
lot 2 – Müxtəlif tipli akkumulyatorlar
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Mikayıl Rəfili 16 (Əlaqələndirici şəxs :İlqar Qasımov, telefon :(012) 490-00-91) ünvanından ala bilərlər .