Əmanətçilərə kompensasiya 99% ödənilib – 824 MİLYON MANAT

Date:

Paylaş:

Əmanətlərin Sığortalanması Fondu 2012-2017-ci illər ərzində sığorta hadisəsi baş vermiş 13 bankda sığortalı əmanətlər üzrə 1 yanvar 2019-ci il tarixinədək 824,3 milyon manat kompensasiya ödəyib ki, bu ümumi kompensasiya öhdəliyinin 99% təşkil edir. Bu barədə “Bizplus-a”-a ƏSF-dan bildirilib.

Ləğv prosesində olan “Royalbank” ASC-nin qorunan əmanətçilərinə 13,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 89%-i həcmində) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Yunayted Kredit Bank” ASC-nin qorunan əmanətçilərə ümumilikdə 1,8 milyon manat (ümumi kompensasiya öhdəliyinin 88%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin  qorunan əmanətçilərinə 0,98 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə 120,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Ləğv olunmuş “Parabank” ASC-nin  qorunan əmanətçilərinə  43,2 milyon manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72,5 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27,9 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99,6%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3,1 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 96%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın qorunan əmanətçilərinə 438,6 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə 61,98  milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...