“Üçlük qaydası”: qarşımıza məqsədləri necə qoyaq ki, günümüz daha məhsuldar olsun

Date:

Paylaş:

Jurnalist Jeremy Anderberg, gün ərzində necə daha məhsuldar olmaqla yanaşı, etdiyimiz hərəkətlərə görə daha az narahat olmanın üsulunu bizə təklif edir.

2016-cı ilin sonuna yaxın mən iş məhsuldarlığımın pik nöqtəsinə çatdım. Buna nail olmaq üçün, ilk növbədə, mənasız olaraq vaxt sərf etdiyim hər bir şeyi diqqətlə analiz etdim. İkinci növbədə isə, özüm üçün “üçlük qaydasını” kəşf etdim. Bu qayda mənə gün ərzində daha şüurlu və məhsuldar şəkildə işləməyə kömək edir.

Müxtəlif jurnallarda və kitablarda müzakirə olunan bu konsepsiyanı, Chris Bailey bu formada ifadə etmişdir: “Hər günün başlanğıcında, işə başlamadan öncə, günün sonuna qədər etmək istədiyiniz üç əsas vəzifənizi müəyyən edin”.

Bu konsepsiya çox sadə olsa da, oyun şərtlərini tamamilə dəyişir. Onu tətbiq etmək çətin deyil. “Üçlük qaydası” nə üçün bu qədər əhəmiyyətli olduğunu sizə ətraflı izah etməyə çalışacağam.

İlk növbədə, məhsuldarlığın nə olduğuna qısa nəzər salaq.

Məhsuldarlığın tez bir zamanda daha yüksək qiymətləndirilməsi

Çox vaxt insanlar düşünürlər ki, məhsuldarlıq onların yerinə yetirdiyi işlərin sayı ilə müəyyən olunur. Etməli olduqları işlərin qarşısında nə qədər çox “quş” qoyulubsa, gün də bir o qədər də məhsuldar olub deməkdir.

Bu, məhsuldarlığı müəyyən etməyin ən faydasız və yanlış üsullardan biridir. Belə bir yanaşma, sizin bütün işlərinizin eyni dərəcədə əhəmiyyətli olduğunu nəzərdə tutur, lakin bu belə deyil.

Təsəvvür edin ki, sizin siyahınızda etməli olduğunuz 15 tapşırıq var, lakin onlardan yalnız biri daha çox əhəmiyyət kəsb edir və mütləq qaydada bu gün yerinə yetirilməlidir. Onlardan 14 dənəsini, o qədərdə əhəmiyyətli olmayan tapşırığı yerinə yetirsəniz, digər ən vacib olan tapşırığı isə etməsəniz, sizcə nəticə necə olar?

Məhsuldarlığı artırmaq istəyirsinizsə, ən sadə qaydaya riayət etməlisiniz. Özünüzə günün sonunda belə bir sual verin: “Planladığım işi yerinə yetirə bildimmi?”. Məhsuldar olmaq, daha çox tapşırıq yerinə yetirmək demək deyil, düzgün tapşırıqları yerinə yetirmək deməkdir.

Daha çox əhəmiyyət kəsb edən tapşırıqları başqalarından seçmək üçün, gününüzün məhsuldar və uğurlu sayılması üçün əldə etdiyiniz nəticənin necə olmalı olduğunu müəyyən etmək lazımdır.

Özümü götürdükdə, misal üçün, Art of Manliness saytı və radioverilişi üzərində yerinə yetirdiyim iş üçün məqalələrin hazırlanması, qonaqların dəvət edilməsi və şounun yaradılması daha çox əhəmiyyət kəsb edir.

Əgər gün ərzində qarşımda duran əsas vəzifəm məqaləni bitirməkdisə, mən isə bu vəzifəni çatdırıb yerinə yetirə bilmədimsə, günümü uğurlu və müvəffəqiyyətli hesab edə bilmərəm.

Xatırladım ki, məhsuldarlıq gün ərzində yerinə yetirilmiş tapşırıqların sayı ilə deyil, vacib və əhəmiyyətli tapşırıqların yerinə yetirilməsi ilə ölçülür.

“Üçlük qaydası” nın üstünlükləri

Siz ətrafda baş verən hadisələrə kortəbii reaksiya vermədən, şüurlu şəkildə işinizi davam edirsiniz. İnsanların bir çoxu gün ərzində baş verən hadisələrə arxalanaraq işləyirlər: gah telefon zənginə və ya elektron məktuba cavab vermək lazımdır, gah da rəhbəriniz sizə unutduğunuz bir şeyi xatırladır və siz o işi yerinə yetirməyə başlayırsınız. “Üçlük qaydası” dan istifadə etdiyiniz zaman, siz öz gününüzü əsas öhdəlikləri nəzərə alaraq planlaşdırırsınız.

Diqqətiniz yayındığı zaman, işi nəzərinizdə saxlamağa davam edirsiniz. Əgər siz mənim kimi insansınızsa, 30 dəqiqəlik diqqətiniz yayılır, sonra isə nə üzərində işlədiyinizi xatırlaya bilmirsiniz. Buna görə önəmli olan əsas tapşırıqları bir vərəqdə yazıb yanınızda saxlamağınız tövsiyə olunur.

Bu qaydaya riayət etməyə başlayanda, hər bir şey sadələşmiş olur. Məhsuldarlıq sistemlərinin əsas problemi, onların çox mürəkkəb olmasıdır. “Üçlük qaydası” kifayət qədər sadədir və siz onu hər gün tətbiq edə bilərsiniz. Etməli olduğunuz yeganə şey, prioritetləri düzgün sıralamaq və günün ən vacib 3 tapşırığını müəyyən etməkdir.

Əhəmiyyətsiz tapşırıqlar siyahınızda yer tutmalı deyillər. Əgər bu tapşırıqlar “Üçlük qaydası” na uyğun deyillərsə, bəlkə onları yerinə yetirmək heç lazım deyil? Vacib olmayan bir şeylərin sizin məhsuldarlığınıza mənfi təsir göstərməsinə imkan yaratmayın.

Rəhbərinizə “şişirdilmiş” tapşırıqlar siyahısını təqdim etmirsiniz. Onlarla lazımlı və lazımsız tapşırıqları rəhbərinizə göndərmək əvəzinə, onlardan ən vacib üç tapşırığı seçib göndərməyiniz daha məqbul sayılır. Əmin olun ki, rəhbərlik bu bacarığınızı yüksək qiymətləndirəcək. Eyni prinsip komanda işinə aiddir.

“Üçlük qaydası” necə istifadə edək ki, daha yaxşı nəticə əldə edək

“Üçlük qaydası” dan yalnız gün ərzində deyil, həftə, ay və ili planladığınız zaman da istifadə edin. Bu zaman kəsiyinin hər biri üçün əldə etmək istədiyiniz üç ən vacib nəticəni müəyyən edin.

Qeyd dəftərindən istifadə edin. Təbii ki, siz onlayn proqramlardan da istifadə edə bilərsiniz. Lakin, təcrübə mənə göstərdi ki, kağız üzərində qeydlər aparmaq daha yaxşıdır. Kağız üzərində planlarınızı yazaraq, onları yadda saxlamış olursunuz.

Gününüzü qabaqcadan planlaşdırın. Siz bu planı səhər işə gedərkən də qura bilərsiniz. Mən isə bunu iş günümün sonunda edirəm. Bu iş cəmi 15-20 dəqiqə vaxtınızı alacaq.

Düşünün. Günün sonunda gün ərzində nə etdiyiniz haqda düşünün və özünüzə qiymət verin. Tədricən gün ərzində çatdıracağınız tapşırıqların həcmini hiss edəcəksiniz.

Dəyişiklərə qarşı açıq olun. Planladığınız 3 tapşırığı yerinə yetirib bitirdinizsə, bu nöqtədə dayanmayın. Özünüzə deməyin: “Hər şeyi yerinə yetirdim, artıq istirahət edə bilərəm!”. Yox əgər əksinə olaraq, nəzərdə tutduğunuz 3 tapşırığı yerinə yetirə bilmədinizsə, özünüzü günahlandırmayın. Bəlkə də siz özünüzü düzgün qiymətləndirmədiniz, bu hər kəsin başına gələ bilər.

Ehtiyaclara reaksiya verin. Bəzən qurduğumuz planlar puça çevrilir. Həyatda hər bir şey baş verə bilər və bu normaldır. Belə halda, planlarınızı yenidən qiymətləndirin və işinizə davam edin.

Şəxsi “üçlük qaydası” nı düşünün. Sizin şəxsi işinizdə və ya ailə məqsədləriniz üçün özünüzdən faydalı ola biləcək yeni qayda yaradın. İş və ev həyatınızı əhəlləşdirin və dünyanı idarə edin.

“Üçlük qaydası” dan istifadə etmədiyim günlərdə, məhsuldarlığıma və motivasiyama ciddi zərrə dəymiş olur.

Axınla üzmək əvəzində, “üçlük qaydası” dan istifadə edərək axınınızı özünüz müəyyən edin.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...