Bu ölkədə işçilərə işdə “yuxu fasiləsi” veriləcək

Date:

Paylaş:

Yuxusuzluq Yaponiyaya ildə 138 milyard dollara başa gəlir. Ölkədə işə götürənlər yuxusuz işçilərin daha çox zərərə yola açmasının qarşını almaq üçün onların gün ərzində “yuxu fasiləsi” etməsini iş rejiminin bir hissəsi olaraq görməyi planlaşdırır.

“Bizplus.az” xəbər verir ki, xarici mətbuatda verilən məlumata görə, Yaponiyada işə götürənlər işçiləri gün ərzində yatmağa təşviq etmək üçün səs keçirməyən xüsusi otaqlar hazırlayır.

İlk olaraq kiçik texnologiya firmalarında tətbiq edilən proses getdikcə daha çox şirkətlərə şamil ediləcək.

Ötən il “Nextbeat” adlı informasiya texnologiyaları şirkəti paytaxt Tokiodakı mərkəzində kişi və qadınlar üçün ayrıca “strateji yuxu otağı” hazırladı. Otağın interyeri xaricdən səs gəlməsinin qarşısını alacaq şəkildə dizayn edildi və içəridə yataqlar yerləşdirildi. Yuxu gətirən çayların dəmləndiyi otaqlara kompüter, mobil telefon kimi elektronika avadanlıqları gətirmək qadağandır.

Şirkətin idarə heyətinin üzvü Emiko Sumikawa xəbər agentliklərindən birinə verdiyi müsahibədə bildirib ki, gün ərzində yatmaq bir insanın məhsuldarlığını yaxşı pəhriz və idman qədər artırır.

Yaponların gündəlik orta hesabla yuxu saatı dünya standartlarından aşağıdır

28 ölkədə aparılan bir araşdırmaya görə, yaponlar orta hesabla gün ərzində 6 saat 35 dəqiqə yatırlar. Bu, beynəlxalq göstəricidən 45 dəqiqə azdır. Bu səbəblə də gün ərzində çox yorğun olurlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...