Texnologiya sektoru
Aparılan araşdırmalara görə ən gəlirli biznes sahələri texnologiya sektorunda qurulanlardır. Ümumi olaraq texnologiya sektorundakı peşələr yaxşı bir təhsil və təcrübə tələb edir. Apple, appstore mağazasını yaratdığından bəri tətbiq yaratmaq və onunla pul qazanmaq yeni bir biznes sahəsinə çevrildi. Bu olduqca inkişaf edən bir sahədir və uzun müddət bu cür davam edəcəyi görünür. Artıq demək olar ki hər bir şirkət öz mobil tətbiqini yaradır. Ümumiyyətlə dövrün tələbi texnologiya olduğu üçün bu sahədə iş qurmaq ən gəlirli biznes növlərindən biri sayılır. Statistikaya əsasən bu sahədən gələn gəlirin illik artım tempi 30 faizə bərabərdir.
Mobil oyunlar
Angry Birds oynamayan insan yoxdur hər halda. Bu oyunları siz yaratsaydınız necə olardı? Təbii ki bu oyunlar sayəsində artıq milyonçu olmuşdunuz. Oyun sektoru 10 il ərzində çox ciddi şəkildə artım göstərib. 2007-ci ildə yalnız iki mobil ioyun yaradan şirkət var idi. Hazırda bu rəqəm yüksək olsa da mobil oyunlara tələbat çox olduğundan ən gəlirli iş sahələrindən biri hesab edilir.
Elektron əşya ticarəti
Ən gəlirli sahələrdən biri də elektron əşya ticarətidir. Bu sahə yüksək sərmayə də tələb etmir. Hazırda ən çox ən çox stılan məhsullar arasında elektron əşyalar ilk yerlərdən birini tutur. texnologiya inkişaf etdikcə elektron əşyalara tələbat olacaq. Bu sahədə iş qurmaq üçün real mağaza açmağa da ehtiyac yoxdur. Xaricdən gətirdiyiniz əşyaları internet vasitəsilə (instagram, facebook, tap.az, lalafo.az) rahatlıqla sata bilərsiniz.
Qida sektoru
Dünyanın bir nömrəli investisiya sahəsi olan qida sektoru həm tələbin gedərək artdığı həm də uzun müddət qalıcı ola biləcəyiniz sektorların başında gəlir. Bu gün bu sektorda məlumatı olmayan insanların belə qətiyyətlə sınadığı yemə-içmə və qida sektoru qazanclı iş sahələrindən biridir. Əgər xidmətinizdə keyfiyyətə və müasirliyə əhəmiyyət verirsinizsə, insanların damaq dadlarına uyğun yeməklər təqdim edirsinizsə bu sektorda yatırdığınız investisiyanı qısa müddət ərzində qazana bilərsiniz.