Dövlət Miqrasiya Xidmətinin rəisi sahibkarlara cavab verdi

Date:

Paylaş:

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müvafiq icazələrin alınmasında (sənədlərin təqdim edilməsi, götürülməsi və sair) nümayəndə vasitəsilə təmsil olunmaqla bağlı sahibkarlıq subyektləri və hüquqi yardım şirkətləri tərəfindən ünvanlanan sualları cavablandırıb.

“Bizplus”-un məlumatına görə, V.Hüseynov bildirib ki, sahibkarlıq fəaliyyəti subyektləri (şirkətlər və sair) müvafiq icazələrin alınması ilə bağlı həm özləri, həm də nümayəndə vasitəsilə Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər. Nümayəndələrdən icazələrin alınması üçün sənədləri təqdim edərkən şəxsiyyətlərini təsdiq edən sənədi və etibarnaməni təqdim etmələri xahiş olunur.

Qurum rəhbəri qeyd edib ki, sahibkarı xidmət müqaviləsi əsasında hüquqi yardım şirkəti təmsil etdikdə həmin müqavilənin də təqdim olunması istənilir.

V.Hüseynovun sözlərinə görə, nümayəndələrin mütləq qaydada sahibkarların işçisi olması və ya məcburi qaydada qeydiyyatdan keçməsi ilə bağlı tələblər yoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...