Dövlət qurumu bu şirkətlərdən 40 avtomobil alıb

Date:

Paylaş:

Dövlət Reklam Agentliyi (DRA) və onun regional idarələri 40 ədəd avtonəqliyyat vasitəsi alıb. Bu barədə DRA-dan məlumat verilib.

“Bizplus.az”xəbər verir ki,həyata keçirilən tenderin nəticəLərinə əsasən, DRA “Toyota Absheron Center” MMC ilə 10 ədəd avtomobilin (1 ədəd pikap tipli və 9 sedan tipli minik avtomobili) satın alınmasına dair müqavilə imzalayıb.

Həmçinin, “Autouniversal” MMC (Fiat avtosalonu) ilə 10 ədəd miniven tipli avtomobilin satın alınmasına dair müqavilə imzalanıb.

DRA-nın Gəncə İdarəsi 7 ədəd avtomobilin satın alınmasına dair müqavilələr imzalayıb: “Toyota Absheron Center” MMC ilə (2 ədəd sedan tipli avtomobil) və “Autouniverssal” MMC ilə (5 ədəd miniven tipli avtomobil).

Bundan əlavə, DRA-nın Sumqayıt İdarəsi 13 ədəd avtomobilin satın alınmasına dair müqavilələr imzalayıb: “Toyota Absheron Center” MMC ilə (3 ədəd sedan tipli avtomobil) və “Autouniversal” MMC ilə (10 ədəd miniven tipli avtomobil).

2017-ci ilin iyun ayında Azərbaycan prezidenti ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılmasına dair fərman imzalayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...