Business İnsider nəşriyyatı App Store-də olan ən gəlirli proqramların siyahısını dərc edib. Bu proqramların təsisçiləri 2018-ci ilin nəticələrinə görə ən çox mənfəət elə ediblər.
- Hulu – $132,6 milyon
NBC, Fox, ABC, TBS şirkətlərin televiziya şouları, filmlər və digər məhsullarından yararlanmaq üçün abunə xidməti.
- QQ – $192,9 milyon
İzlənilmə sayına görə ÇXR-in ən böyük video portalıdır. Youku, Hulu, NetFlix və YouTube tərəfindən istifadə olunan biznes modellərindən istifadə edir, eyni zamanda Youku Originals markası altında öz istehsalı olan bir sıra veb-serial da buraxır. 2012-ci ildə isə QQ, Tudou video xidməti ilə birləşib.
- Pandora – $225,7 milyon
İnternetdə musiqi dinləmə xidməti
- YouTube – $244,2 milyon
Istifadəçiləri video saxlamaq və göstərmək xidmətləri ilə təmin edən videohosting xidməti.
- Kwai (Kuaishou) – $264,5 milyon
Fərqləndirici xüsusiyyətlərindən biri video məzmununa vurğu edildiyi olan sosial şəbəkədir. Burada fotoşəkilləri paylaşmırlar və fəlsəfi mətnlər yazmırlar. İstifadəçilər ifa etdikləri mahnı, həyatda baş vermiş müxtəlif növ gülməli hadisələrin videosunu paylaşmaq məqsədi ilə bura girirlər.
- iQiyi – $420,5 milyon
iQiyi, bədii filmlər və sənədli filmlərə, televiziya şoularına, televiziya proqramlarına çıxışı təmin edən Çin onlayn video streaming platformasıdır. iQiyi Netflix-in Çindəki analoqu hesab olunur.
- Tinder – $462,2 milyon
Android və Apple iOS mobil platformalar üçün nəzərdə tutulmuş geolokasiyanı nəzərə alan tanışlıq proqramlarından biridir. Proqram qismən ödənişlidir və yalnız Facebook hesabları ilə işləyir.
- Tencent Video – $490 milyon
Tencent Video layihəsi (YouTube-un Çin alternativi), ödənişli hesabların sayı baxımından Çinin ən böyük video xidmətidir.
- Netflix – $790,2 milyon
Netflix – kino və televiziya proqramlarının tədarükçüsü olan Amerika əyləncə şirkətidir.