Tramp: “Bir qaydanı yadda saxla: hal-hazırdakı işinizə görə yox, əldə etmək istədiyiniz iş üçün geyinin”

Date:

Paylaş:

Donald Trampdan 19 qızıl qayda.

Müvəffəqiyyət qazanmaq üçün özünüzü dünya əhalisinin 98% – dən ayırmalısınız.

Əla bir ideyaya malik olub onu realizə etməmək, maliyyə rifahı üçün ən böyük cinayətkarlıqdı.

Bir oyunçu, bütün gün və gecəni slot maşınları qarşısında keçirən biridir. Mən isə  onlara sahib olmağı üstün tuturam.

Heç vaxt məzuniyyət götürməyin. Nəyə ehtiyac var? Əgər işinizi sevmirsinizsə, deməli düzgün yerdə işləmirsiniz. Mən hətta golf oynadığım zaman biznesimi davam etdirmiş oluram.

Mənim şirkətimdə işləmək istəməyən bir kəsin mənim şirkətimdə işləməsini heç vaxt istəməmişdim: eyni şeyi etməlisiniz: sevmədiyiniz bir yerdə qalmayın.

Uşaqlarınızı zəngin bir sərvətin ağır yükü ilə ittiham etməyin: bu, onları “iflic” edə  bilər və  həyatda uğurlara nail olmaq istəklərini məhv edə bilər.

Sərhədlərimizə  bir baxın, onlar İsveçrə pendirinə bənzəyirlər! Ölkəyə  hər kəs daxil ola bilər.

Sizi ilhamlandıran və çətin anda sizə kömək edən fikirləri bir balaca kitabçada qeyd edin və bu kitabçanı hər zaman özünüzlə götürün.

Həyat mənə çox vacib bir dərs verdi: bir dəfə xəyanət edən, çətin anlarda ikinci dəfə xəyanət edəcək.

Varlı olmanın yeganə yolu realist və çox dürüst olmaqdır. Jurnallarda və televiziya ekranlarında mövcud olan illüziyalar dünyası ilə vidalaşmaq lazımdır. Hər şey bu qədər asan deyil. Həyat – çətin bir şeydir və insanlar həyatda  çox ciddi xəsarətlər alırlar. Buna görə də, qazanmaq istəyirsinizsə, çox güclü olmalısınız.

Biznesi təkbaşına uğurlu qurmaq üçün bu qədər müdrik olmaq mümkün deyil.Daim izləmək, dinləmək və öyrənmək lazımdır.

Ən böyük müvəffəqiyyət, axına qarşı üzdüyün  zaman əldə olunur.

Çətin anlar çox vaxt bizə  gözəl imkanlar bəxş edir.

Bir qaydanı yadda saxla: hal-hazırdakı işinizə görə yox, əldə etmək istədiyiniz iş üçün geyinin

Biz yalnız kənardan belə mədəni görünürük. Əslində, dünya amansızdır, insanlar isə zalımdır. Mənim əsas  sloganım: “Ən yaxşıları işə götür  və onlara heç vaxt güvənmə”.

Hər hansı bir məhsul və ya xidmət aldıqda özünüz üçün daha əlverişli şərtlər axtarmaq üçün tərəddüd etməyin. Hesab edirəm ki, öz pulunuzu qənaət etməyə mane olan qürur, böyük bir ağılsızlıqdır.

Eqosu olmayan bir insanı mənə göstərin və mən sizə luzerin kim olduğunu deyəcəyəm.

Hər hansı bir “yaxşı vaxt” həmişə sizin ağır işinizin və fədakarlığınızın nəticəsidir. Bu gün  etdiyiniz bir şey, sabahkı nəticələrin açarıdır.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...