İsveçrənin milli poçt operatoru olan Swiss Post, “blockchain” platformasının inkişaf etdirilməsi məqsədi dövlət telekommunikasiya xidmətlərinin təchizatçısı Swisscom ilə əməkdaşlıq edəcəyini bildirdi.
Şirkət nümayəndələrinin sözlərinə görə, onların “sadə və etibarlı” “blockchain” infrastrukturu unu yaratmaq çün Hyperledger Fabric mühitindən istifadə edəcəklər. Gələcəkdə bu platformadan digər firmaların istifadə edə biləcəyi də planlaşdırılır.
Digər ictimai “blockchain”- lərdən fərqli olaraq (məsələn, Bitcoin və ya Ethereum), onların yaratdığı “blockchain” infrastrukturu özəl olacaq.
Yalnız müəyyən istifadəçilər tərəfindən istifadə edilə biləcəyi üçün bu platforma daha az resurs tələb edir. Bu isə platformada keçiriləcək proseslərin təhlükəsizliyini tam təmin edəcək.
Qeyd olunur ki, bu ilk pilot platformanın işə salınması 2019-cu ilin ikinci rübündə nəzərdə tutulub. Bu platforma, ilk növbədə, biznes proseslərinin “təhlükəsiz və sınanılmış” vasitələrlə rəqəmləşdirilməsini istəyən korporasiyalar və dövlət qurumları üçün nəzərdə tutulacaq.
Swiss Post və Swisscom bu layihədə iştirak etmək üçün digər şirkətləri qəbul etməyə hazır olduqlarını bildiriblər. Bu perspektivli texnologiyadan istifadə etməkdə, onlar, İsveçrə iqtisadiyyatını inkişaf elətdirmək istəyirlər.