Üçlüyün birinci pilləsində U2 qrupu dayanır. Joshua Tree-in otuzuncu ildönümünə həsr olunmuş tur sayəsində, İrlandiya musiqiçiləri $ 316 milyon dollar qazana bildi.
Amerikanın Forbes jurnalı dünyada ən yüksək ödənişli musiqiçilərin illik reytinqini nəşr etdi. İlk sıradakı İrlandiyanın U2 qrupu $316 milyon qazandı və bu, əsasən, eyni adlı albomun otuzuncu ildönümünə həsr olunmuş Joshua Tree beynəlxalq turnesi hesabına baş tutdu. Bu üçlüyə, həmçinin, il ərzində təxminən $115 milyon qazanmış İngilis Coldplay qrupu da daxil oldu. Onların beş qitəni əhatə edən “A Head Full Of Dreams Tour” u iki ildir ki, onlara ən azı yarım milyard dollar gətirib və onları tarixin ən uğurlu pop – musiqilərindən birinə çevirdi. Reytinqin üçüncü sırasında isə illik $110 milyon qazanc əldə edən britaniyalı müsiqiçi Ed Şiran oldu.
Keçən il ilə müqayisədə reytinqə daxil olan müsiqiçilər tamamilə fərqlidir. Keçən il repçi Diddy ($110milyon), Beyonce ($105 milyon) və repçi Drake ( $94 milon) liderlər sırasında olmuşdular.
Caty Perry ($83 milyon), Taylor Swift ($80 milyon), Jay-Z ($76,5 milyon), Guns N ‘Roses ($71 milyon), Roger Waters ($68 milyon) Diddy (64 milyon dollar) də bu il ən yüksək ödənişli ilk 10 musiqiçi siyahısına düşdü.
Bu il yalnız ən yüksək ödənişli musiqiçilərin gəliri 886$ milyon təşkil etmişdir, bu isə ötənilki reytinqin bütün iştirakçıların (24 mövqe) qazancını təşkil edir.
Forbes musiqiçilərin 2017-ci ilin iyun ayından 2018-ci ilədək gəlirlərini hesabladı.