Artıq London sakinləri xeyriyyə təşkilatlarına təmassız şəkildə pul bağışlaya bilərlər. Şəhərdə evsizlərə kömək etmək üçün nəzərdə tutulmuş xüsusi terminallar quraşdırılmışdır.
London daxilində 35 fərqli yerdə terminal quraşdırılmışdır. Qış aylarında Britaniya paytaxtında nağdsız ödənişlər üçün nəzərdə tutulan terminalların sayını 90 ədədə qədər artırmaq nəzərdə tutublar.
Beləliklə, kartı terminala hər dəfə toxundurduqda, kartdan 3 avro məbləğində pul çıxılır və London Homeless Charities-in tərkib hissəsi olan, evsizlərə yardım edən 22 xeyriyyə təşkilatı arasında bölüşdürülür.
Londonun meri Sadiq Xan, şəhər rəhbərliyinin belə geniş miqyaslı bir Sadiq Xan əlavə edib ki, yeni terminallar Londondakı küçədə yatmağa məcbur olan insanlara maddı yardımı göstərmək üçün xeyriyyə prosesini sadələşdirəcək. Həqiqətən, Londonda bir çox insanlar artıq nağd puldan istifadə etmirlər və kartla ödəniş etməyi üstün tuturlar. Ona görə də indi onlar üçün bu proses sadələşdirilmiş olur.