“Azərbaycanda elektron ticarət 7 dəfə artıb” – Nazir müavini

Date:

Paylaş:

Noyabrın 30-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Məlumat Hesablama Mərkəzi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Elektron ticarətdə elektron identifikasiya: imkanlar və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə elektron identifikasiyanın elektron ticarətdə tətbiqi, bu sahədə Avropa İttifaqının təcrübəsi, eləcə də, İttifaqın standartlarına uyğunlaşdırma, həmçinin qarşıya çıxan problemlərin həlli yollarının müzakirəsi aparılıb.

Tədbirdə elektron imza sahəsində ciddi addımlar atıldığını qeyd edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, həyata keçirilən işlər nəticəsində ölkəmizdə elektron ticarət sahəsində 7 dəfə artım qeydə alınıb.

Nazir müavini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən elektron ticarətin genişləndirilməsi istiqamətində rəqəmli ekosistemin formalaşdırılması üçün bir sıra tədbirlər görüldüyünü vurğulayıb.

“Elektron ticarətin inkişafı üçün müasir tələblərə cavab verən infrastrukturun yaradılması diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, artıq Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Bu gün Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və “Azərpoçt” tərəfindən tranzit poçt kimi emal olunaraq dünyanın 20-dək ölkəsinə çatdırılır. Qeyd edim ki, Azərbaycanda elektron ticarət üçün ABŞ və Çindən olan məşhur ticarət platformalarından daha çox istifadə edilsə də, yerli platformalardan da istifadə genişlənir”.

E. Vəlizadə bildirib ki, elektron ticarət əməliyyatlarında vacib komponentlərdən biri də elektron imzadır.

“Bu gün nazirlik tərəfindən yaradılmış Milli Sertifikasiya Xidmətləri Mərkəzi biznes sektoruna və vətəndaşlara gücləndirilmiş elektron imza sertifikatları verir. Bilirsiniz ki, hazırda Azərbaycana və Türkiyəyə məxsus elektron imzaların qarşılıqlı olaraq tanınması istiqamətində iş aparılır. Nazirlik olaraq elektron imzanın digər ölkələrdə, o cümlədən Avropa ölkələrində də tanınmasına maraqlıyıq. Bu baxımdan, Azərbaycanda elektron imza sahəsindəki qanunvericilik bilavasitə Avropa direktivləri əsasında hazırlanıb. Yeni layihənin icrası istiqamətində iş gedir” – deyə nazir müavini qeyd edib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov çıxışında bildirib ki, ölkədə innovativ biznesin inkişaf istiqamətlərindən biri də elektron ticarətdir. “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə elektron ticarətin inkişafı ilə bağlı bir sıra real addımlar atılıb. Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu elektron ticarət sahəsində fəaliyyət göstərən layihələrə və startapçılara xüsusi önəm verir. Fondun qrant müsabiqəsində bu sahədə innovativ layihələr maliyyələşdirilir”.

O, həmçinin qeyd edib ki, elektron ticarət sahəsində beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə beynəlxalq səfərlər təşkil edilir, eləcə də, ölkəmiz qlobal tədbirlərə ev sahibliyi edir. “Qeyd edim ki, bu ilin sentyabr ayında MDB regionunda ilk dəfə olaraq e-ticarət üzrə beynəlxalq tədbir “Bakı Beynəlxalq Elektron Ticarət Forumu” təşkil olunub. Avropa İttifaqı və BMT-nin Ticarət və İnkişaf Təşkilatı ilə birgə təşkil olunmuş Forumda 24 ölkədən 400-ə yaxın nümayəndə iştirak edib, birgə təcrübə mübadiləsi aparılıb”.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin şöbə müdiri Yusif Musayev çıxış edərək, elektron ticarət sahəsində sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsinin diqqət mərkəzində olduğunu qeyd edib.

Daha sonra tədbirdə Avstriya Parlamentinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Peter Reyxstadter, Məlumat Hesablama Mərkəzinin Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mailov təqdimatlar ediblər.

İnteraktiv keçən dəyirmi masada müxtəlif dövlət qurumlarının nümayəndələri, kiçik və orta sahibkarlar, eləcə də startap rəhbərləri iştirak ediblər.

“Qafqazinfo”

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...