Çinin elektron ticarət nəhəngi – “Alibaba” ötən gün ölkədə qeyd olunmuş “Subaylar günü”ndə 231,5 mlrd. yuan (30 mlrd. ABŞ dolları) dəyərində mal satıb.
Bizplus.az Report-a istinadən xəbər verir ki, bu Çinin tarixində növbəti rekord göstəricidir.
1 mlrd. dollarlıq göstəriciyə ilk 85 saniyədə nail olunduğu bildirilir.