2009-cu il noyabrın 11-dən etibarən, Çində «Subaylar günü» keçirilir, pərakəndə satış və onlayn saytlar bunu şərəfinə «Qara Cümə»-yə bənzər satışlar həyata keçirir. 2018-ci ildə Tmallda satışların başlamasından 2 dəqiqə 5 saniyə sonra satış 10 milyard yuan (1,44 milyard dollar) olub.
Alibaba Group saytlarında satışlar ilk saatlarda 69 milyard yuan (9,92 milyard dollar) təşkil edib ki, bu da keçən ilin göstəricisindən (57 milyard yuan) 21 faiz çoxdur.
Tmall-a məxsus Alibaba nümayəndələrinin sözlərinə görə, satışa 75 ölkədən 19 min marka qatılır.