İtaliyadan olan fiziklər Andrei Varlamov, Andreas Qlatz və Serqio Grasso pizza hazırlığını təhlil edərək «The Physics of Baking Good Pizza » adlı araşdırma nəşr ediblər.
Bir obyekt olaraq ənənəvi marqaritanı (pomidor, mozzarella, reyhan) seçiblər. Roma pitseriyasında laboratoriya təcrübəsinin köməyi ilə onlar bütün sirrin kərpicli sobanın termodinamikasında olduğunu sübut ediblər. Sobanın bir küncündə yanan odunun istiliyi bərabər şəkildə yayılır, bu səbəbdən, bütün xəmir hər tərəfdən bişirilir. Optimal bişirmə müddəti 330 ° C temperaturda (625 ° F) 2 dəqiqədir.
Mükəmməl pizza evdə də bişirilə bilər. Elm adamları elektrik sobasının termodinamik xüsusiyyətlərini yenidən hesablayaraq, pizza üçün 230 temperaturda (450 ° F) 170 saniyəyə bişirilməlidir. Lakin, tədqiqatçıların sözlərinə görə, belə bir pizza dadı realdan aşağı olacaq.