2011-ci ilin yazında gizli bir layihə üzərində işləyən Google mütəxəssislərinin kiçik bir qrupu bir məktub alıb: «Nəhayət. Anthony görünür ki işdən çıxarılır». Anthony Lewandowski, həmkarları ilə yanaşı, Google idarəçilərini pilotsuz vasitənin yaradılmasına milyonlarla dollar sərf etməyə razı salan bir adamdır.
Grand Challenge-da, DARPA təşkilatının sponsorluğu ilə keçirilən bir pilot yarışında iştirak etdikdən sonra Lewandowski və onun bir neçə dostu 2007-ci ildə Google-da işə başlayıblar. Rəqiblərindən fərqli olaraq, Anthony «Ghost Rider» adlı avtonom motosiklet yığıb (sonra yarışda motosikleti çıxararaq, daha çox diqqət çəkməyə ümid etdiyini etiraf edib).
«Ghost Rider»-i Amerika Milli Tarix Muzeyi əldə edib . Berkeley Universitetində magistr dərəcəsi alan 27 yaşlı mühəndis isə Google-da multimillionluq vəzifə alıb.
Dahiqq qeyd edir ki, şirkət naviqasiya xidmətləri bazarında lider olmaq niyyətində idi. Google, smartfonlar yaxşılaşdıqca, istifadəçilərin yeriləri haqqında məlumatları paylaşmağı daha çox istəyəcəklərindən behs edirdi.
Belə bir sistemi optimallaşdırmaq üçün Google, arazi detallarını, məsələn, kompleks qovşaqlarda yol nişanlarının və ya landşaftların tam yerini tələb edir. Lewandowski və onun Grand Challenge həmkarları yarışda istifadə etdikləri hazır bir həllə malik idilər artıq: ilk olaraq, xüsusi bir proqram, minlərlə yol şəklini birlikdə birləşdirir və sonra GPS koordinatlarını tətbiq edir. Google-a yalnız şəkilləri çəkmək qalırdı.
“İşi aldıqdan sonra Lewandowski, ölkənin bütün künclərinə kameralarla təchiz edilmiş yüzlərlə avtomobili göndərməyi planlaşdırırdı. Lakin sonra korporativ bürokratiya ilə üzləşdi”.
Charles Dahiqq
Həmin vaxt Google-da 17 minə yaxın adam çalışırdı, orta səviyyəli menecerlər daxil olmaqla. Lewandowski Dahiqqe danışıb: «Bizi işə götürməklərinin səbəblərindən biri -Larry Page bürokratiyadan keçmək üçün cəsarətimiz olduğuna əmin idi».
«İşə götürmə mərhələsi aylarla davam etdi -deyə Lewandowski davam edir. – Şirkətin «WorkforceLogic»adlı bir proqramı var idi və ona alışmaq çətin idi. Sonda, Craigslist-də sürücülərin axtarışı barədə bir reklam yerləşdirdim və az yada çox uyğun gələn hər namizədi öz cibimdən pul ödəyərək işə aldım».
Bununla yanaşı, Lewandowski yerli avtomobil dilerinə getdi və yüzdən artıq avtomobil aldı. Layihə menecerlərindən biri yadına salır: «Xərc hesabatını aldıqdan sonra bütün şöbənin səyahət xərclərinin məbləğinə mühasiblər təəccübləndi. Ancaq Larri bildirdi: «Ödəyirik». O, digərlərinə: mümkün yol axtararaq qeyri-mümkün görünən şeyi etməyin mümkün olduğunu göstərmək istəyirdi».
Lewandowski və qrupuna bir il içində milyonlarla kilometrlik Amerikanın yollarını çəkmək təlimatı verildi. Onlar doqquz ay ərzində bu işi həll etdilər , sonra Hindistanın Heydərabad şəhərindəki ofisə köçdülər və dünyanın bütün küçələrində xəritələrə şəkil əlavə etmək üçün çalışırdılar.
Lewandowskinin rəhbəri Sebastian Trun, keçmiş Stanford professoru və 2005-ci ildə Grand Challenge qalibi, Google rəhbərlərinə pilotsuz bir vasitə dizayn etmək fikrini irəli sürdü.
“2009-cu ildə şirkətin gizli bölməsi Project Chauffeur fəaliyyətə başladı. Lewandowskiyə donanmanın inkişaf etdirilməsini tapşırıldı”.
Charles Dahiqq
İlk olaraq qrup avtomobilə «göz» verməliydi. Həmin vaxt lazer və kameralardan olan görüntüləmə sistemləri artıq mövcud olsa da, bunları sıfırdan qurmaq üçün illər lazım idi, deyə Dahiqq hesab edir. Lewandowski bir yol tapdı.
Google-a gəlməsi ilə eyni zamanda, o, iki şirkət yaratdı – 510 Systems və Anthony Robots – onlar «Ghost Rider» ilə məşğul olan texnologiyaların bütün hüquqlarına sahib idi. Google, Lewandowskinin sözlərinə görə, onun şirkətlərindən lazımlı avadanlıqları satın alaraq inkişafa illər qənaət edə bilərdi.
Google razılaşdı, baxmayaraq bütün müdirlər müqavilədən xəbərdar deyildilər. «Əvvəlcə Anthoninin öz işini satdığını heç kim başa düşmürdü, ancaq vaxt keçdikcə hər şey aydın oldu» -mühəndisin həmkarı yada salır. Bəli, belə bir mübadilə şübhəsiz görünürdü, amma biz mümkün qədər tez hərəkət etmək istəmişdik və suallar vermədik, sonda böyük bir səhv etmiş olduq».
Google Lewandowskiye güvəndi, lakin şöbəsini genişləndirdiyi halda onun rəhbərlik tərzi mübahisəli oldu. Müəllifin fikrincə, Lewandowski komandanı birləşdirə və tapşırıqları həll edə bildi, amma o, onunla razı olmayan həmkarlarının işlərini çox vaxt nəzərə almırdı.
2010-cu ildə işçilər, Lewandowskinin firmalarının adından Google-ın rəqibləri ilə ünsiyyət qurduğunu və şirkətin artıq ödəmə etdiyi eyni texnologiyaları satmağa çalışdığını öyrəndi. Daha sonra, Lewandowski israr etdi: heç bir zaman başqaları ilə iş əlaqələrini gizlətmədiyini bildirdi ,Google isə xüsusi lisenziya əldə etmədi.
Lakin daxili istintaq başlandı və sorğuya gəldikdə, Anthony digər şirkətlərin Google ilə rəqabət aparmasına kömək etməyəcəyini söylədi, lakin 510 Systems və Anthonys Robots-da fikrini cəmləmək üçün getməyi düşündüyünü söylədi .
Larry Page Lewandowski ilə şirkətlərinin satın alınması ilə bağlı yenidən danışmağı və ona vəzifə artımının verilməsini təlimatlandırdı. «Anthony Larrinin onun nazıyla oynamasına, müdafiə etməsinə görə belə biri oldu. Onlar dost idi, onlar birlikdə nahar etməyi və əylənməyi xoşlayırdılar»-k eçmiş yüksək vəzifəli Google işçisi jurnalislərə danışıb.
“Project Chauffeur işçiləri, Lewandowskinin yüksəlişini soyuq qarşıladılar. Sebastian Troon məktublardan birində komandanın bəzi üzvlərinin «Anthony-in dürüstlüyünə və onun öhdəliyinə şübhə etdiyini» qeyd edib”.
Charles Dahiqq
İki ay sonra Google, 22 milyon dollarlıq 510 Sistem və Anthony´s Robots-ı satın aldı. Lewandowskiyə, öz növbəsində, dörd il sonra Project Chauffeur dəyərinin 10% -i həcmində ödənişlər ediləcəyinə zəmanət verildi; bu səhm ona 120 milyon dollar gətirdi.
«Bəzən Google-da vəzifədə yüksəlmək üçün ən yaxşı yol- getməklə təhdid etməkdir»-deyə Lewandowski Dahiqq-a müsahibəsində vurğulayıb. – Startupınızı başlamaq istədiyinizi bildirməlisiniz, onlar sizi satın almağa çalışacaqlar. Bütün Silikon Vadisi bu şəkildə işləyir. Siz təzyiq qurmalısınız. Qaliblər, gələcəyi yaratmaq istədikləri üçün geniş düşünənlər və risk almaqdan qorxmayanlar olacaq».
“Silikon Vadisi həmişə inkişaf etmiş ixtiralar və xəyanət üzərində qurulmuşdur. O, 1957-ci ildə «Təhlükəli Səkkiz» adlandırılan bir qrup istedadlı mühəndislərin razılaşması nəticəsində ortaya çıxıb.
1970-ci illərdə, Vadidə iş yerləri və startuplar o qədər idi ki, , Cümə günü işdən çıxmısınızsa, artıq bazar ertəsi gün yeni bir işə gedə bilərdiniz. Texnoloji sahədə bir karyera Brownian hərəkatını xatırladırdı:öz startupınız, bir böyük firmada iş, şirkət satışı, alışı, köhnə işəgötürənlərə çatdırılmalar.
İqtisadçılar arasında bənzər bir dispersiya bilik axını kimi tanınır. Son araşdırmalar yenilikçi bir mühitdə onun təsirini göstərdi – rəqibin tezliklə keçmiş işçinizi işə götürəcəyini və bütün sirlərinizi öyrənəcəyi sizə bir yerdə oturmağa imkan vermir.
Son bir neçə ildə Vadidə irəliləmə sürətinin artması, Apple, Facebook, Google və Microsoft kimi böyük oyunçuların son on il ərzində inqilabi məhsullar buraxmaması ilə əlaqəlidir.
Üfüqdə isə yıxıcı yeniliklər ilə peydə olan rəqiblər olanda- Instagram, WhatsApp və ya Waze – onlar sadəcə udulur. İndi Vadinin böyük firmalarında işçilərin uzun illər iş yerində dayanacaqlarına inanırlar”.
Charles Dahiqq
Google-un keçmiş meneceri qeyd edir ki: «Zənginləşdikdən sonra, insanların əksəriyyəti işə qarşı soyuyur, Anthony bu baxımdan xüsusidır. O qeyri-mümkün olan şeyi gərçəkləşdirənə qədər çalışdı. Hətta yüz milyon təklif etdikdən sonra da Lewandowski sakitləşmədi və özünü və başqalarını «çərçivədən kənarı düşünməyə» inandırmağa çalışırdı. Bəzən çərçivəni görmək lazımdır, əks halda axmaq bir şey edə bilərsiniz ya da həbsxanaya gedəcəksiniz».
“2015-ci ildə Project Chauffeur dronları bir milyon mildən çox sürdülər, layihəyə ümumi investisiya 1 milyard dollar təşkil edib”.
Eyni ildə Lewandowski həmkarlarını ofisdən kənar görüşlərə dəvət etməyə başladı – yenə öz şirkətini yaratmağa qərar verdi. Project Chauffeurdə onun ödəniş vaxtı yaxınlaşırdı, amma söhbətlərdə Lewandowski etiraf edirdi: o Google-da kədərlənirdi, inkişafın yavaşladığını hiss edirdi – qismən üst menecerlər arasındakı mübahisələrə görə.
Mübahisələr drone testləri ilə bağlı risklər ətrafında olmuşdur. Lewandowskinin bu barədə öz baxış açısı var: «Əgər sizin işiniz texnologiyanı irəliyə daşımaqdırsa, təhlükəsizlik birinci yerdə ola bilməz. Əks təqdirdə, heç vaxt yerinizdən tərpənməyəcəksiniz».
2011-ci ildə Google idarəçilərindən biri olan Ayzak Teylor, tətildə olduğu zaman, Lewandowski, drone proqramını qadağan yollarla test edə biləcəyi tətbiq yazıb. Ayzak və Lewandowski dalaşmağa başlayıblar və Lewandowski işini sübut etməyə çalışarkən, şosseyə getməyi təklif edib- onlar pilotsuz Prius-a oturublar və gediblər (əlavə sürücü Lewandowski olub).
Avtomaqistrala çıxdıqları zaman, Prius Camry avtomobilini sıxışdırıb ,Camry sağa keçib, Priusa çırpmamaq üçün sonra sola sıçrayıbvə bölüşdürən zolaqdan uçub.
Google avtomobili belə bir şeyə hazır deyildi, Lewandowski toqquşmanın qarşısını almaq üçün sükanı kəskin şəkildə çevirib – elə kəskin edib ki, Taylor sonradan belində bir neçə əməliyyat keçirib. Hər hansı bir yaralanma olub- olmadığını bilmədən onlar şossedən ayrılıblar -Lewandowski və Taylor geri dönməyiblər.
Daha sonra Lewandowski iddia edirdi ki: bu vəziyyət əvəzsiz bir məlumat mənbəyi halına gəlmişdir, digər maşınların belə səhvləri təkrar etməmək üçün öyrətmək imkanıdır. O həmkarlarına «Prius vs Camry» adlı video göndərib. Lewandowski rəhbərlik mövqeyini qorudu və qadağan edilmiş yerlərdə sınaq testləri aparmağı dayandırmadı.
Keçmiş Google rəhbərlərinin sözlərinə görə, Project Chauffeurun ilk illərində 12-dən çox qəza meydana gəlib, bunlardan üçü olduqca ciddi qəzalar olub. Dahiqq şirkət nümayəndələrinə şərh üçün müraciət edib.
“Təhlükəsizlik inkişaf prosesində bizim prioritetimizdir. Qəza qurbanlarına zəruri köməklik göstərildi. Camry ilə baş verən hadisədə, Google-ın pilotsuz avtomobili başqa bir avtomobilə çarpmayıb və bu səbəbdən hadisə üçün məsuliyyət daşımır”.
2014-cü ildə Kaliforniya millət vəkilləri şirkətə avtonom maşınlarla dəymiş maddi ziyan, yaralanma və ya ölüm haqqında məlumat verilməsini tələb etdi. Carmy ilə olan qəza qərardan üç il əvvəl baş vermişdi; sənəd qəbul edildikdən sonra, Google polisə 36 qəza haqqında məlumat verib.
2015-ci ildə Lewandowski, piıotsuz yük maşınları ilə məşğul olan öz şirkətini yaratmağa qərar verdi. Onun sözlərinə görə, yeni müəssisənin biznes modeli Google təşəbbüsləri ilə kəsişməməli idi, hətta bu halda yerli qanun şirkətin açılmasına mane olmur. Həmkarları ilə görüşdükdə, Lewandowski eyni zamanda öz avtonom vahidini açan Uber-i də nəzərdə tutaraq investorlar axtarırdı.
Project Chauffeur başçısı Chris Urmson Anthonin işçilərin fikirlərini qarışdırdığını öyrənincə, bir məktub göndərdi: «Anthonini işdən çıxarmaq vaxtıdır ».Ancaq yaxınlarda özünü uçuran avtomobil istehsal edən Kitty Hawk şirkətini təsis edən Larry Page Lewandowskinin arxasında durdu və Lewandowskidən boş vaxtlarında ona kömək etməsini istədi. Bəzi top menecerlər, digər mühəndislərin Anthoniyə görə işdən ayrılacağından qorxdular və onlar Page-i dəstəklədilər. Urmson tapşırıq aldı: Lewandowskini Google-da saxlamaq.
Lakin 2016-cı ilin yanvarında Lewandowski, Page-ə gedişi haqqında yazıb: «Mən avtomobil sürmək istəyirəm, sərnişin oturacağına oturmaq istəmirəm. İndi isə mənə elə gəlir ki mən baqajdayam». Komandanın bir çox üzvünə Anthony, Ottomotto startupına keçməyi təklif etdi və altı nəfər ona qatıldı. Urmson ştatı xilas etmək üçün on minlərlə dollar sərf etdi.
Arxasınca məlum oldu ki, Uber Lewandowskinin startupını alacaq. Şirkətin məlumatına görə, Uber öz payının 1% -ni Ottomotto-ya təklif edib – təxminən 600 milyon dollar. «Bu hərəkət çox diqqəti cəlb etdi. Anthony bu qədər qazanarsa, onda biz nə qədər əldə edə bilərik?»- Google-un keçmiş ixtiraçısı müxbirə danışıb.
Google idarəçiləri Uberdən ehtiyat edirdilər, Charles Dahiqq yazır. «Uber Silikon Vadisində ilk böyük şirkətdir ki, sənin icazənlə, sənin haqqında hər şeyi, hətta kredit kartının nömrəsini bilir. Və bu zaman onlar Anthonini işə alırlar, onlara milyardlarda qənaət etməyə kömək edə biləcək insanı», – Google-un keçmiş üst meneceri bildirib.
2016-cı ilin yazında Google, Ottomotto-nu satışına mane olmağa çalışırdı. Avqust ayında görüşlərdən birinin gündəmində uzun siyahı var idi: Anthony hansı şərtlərlə işləyəcək, onda gizli məlumatların olub-olmadığını, qeyi-qanuni açıqlama müqaviləsini pozmadığını öyrənmək.
Tezliklə bir sızıntı tapıldı: məlumat bazasına əsasən, gedişindən bir ay əvvəl Lewandowski, Google serverinə işçi noutbuku bağlayıb və cihaz diaqramları da daxil olmaqla 14 min fayl yükləyib, sonra onlar xarici sabit diskə köçürülüb və kompüter format edilib.
Daha sonra hüquqşünaslar, Lewandowskinin ardınca gedən Lior Ronun eyni vaxtda , «MacBooktan faylları necə gizli silmək »və «Google Drive fayllarını kompüterdən necə silmək olar» İnternetdən axtarış etdiyini öyrəndi.
Həmçinin vəkillər, Lewandowskinin işdən çıxdıqdan bir neçə həftə sonra Rona bir məktub göndərdiyini aşkar etdilər: «Bütün mesajları iPhone və kompüterdən sildiyinə əmin ol». Google-da Lewandowskinin Ottomotto- nun işə salınması zamanı Project Chauffeur sirlərini istifadə etdiyindən şübhələnirdilər. Lewandowski tərəfindən yüklənən məlumatların keyfiyyətini qiymətləndirənlər isə, bu məlumatların yüksək dəyərinin olduğuna tərəddüd edirdilər.
2016-cı ilin dekabr ayında Project Chauffeur start-upı , Waymonun bir törəməsi halına çevrilərək Google-dan ayrıldı.Bu zaman hüquqşünasların diqqət mərkəzinə orta menecer düşür, onun e-poçt ünvanına təsadüfən Uber ilə pilotsuz vasitələrdə mikrosxemlərin istehsalı üçün müqavilə bağlayan Gorilla Circuits məktub yazıb.
Mesaja əlavə edilmiş lahiyələr , hüquqşünasların sözlərinə görə « Lewandowski tərəfindən yüklənmiş14 min sənəddən ibarət gizli Waymo mikrosxemlər ilə eyni unikal xüsusiyyətlərə malik idilər»
23 fevral 2017-ci ildə Waymo federal məhkəmədə iddia açaraq, Lewandowskinin ticarət sirrini təmsil edən məlumatları oğurladığını iddia etdi.Tələb edilən kompensasiya məbləği – 1,85 milyard dollar idi. Bundan əlavə, Google-in bir törəmə şirkəti Lewandowskinin Uber, Ottomotto və digər pilotsuz vasitələr ilə məşğul olan şirkətlərin məlumatlarından istifadə etməsini qadağan etməyi nəzərdə tuturdu.
Waymo Lewandowskini birbaşa federal məhkəməyə verə bilmədi: onun müqaviləsində mübahisələrin məhkəmədən kənar həll edilməsi nəzərdə tutulan bir maddə var idi. Bunun əvəzində, iddia Uber və Ottomotto əleyhinə göndərildi.
“Əvvəlcə böyük texnologiya şirkətləri əsasən patent pozuntusuna etiraz edərək, ticarət sirlərinə aid münaqişələrdən qaçındılar ki, bu da nüfuzu poza bilər.
2016-cı ildə Birləşmiş Ştatlarda ticari sirlərin qorunması haqqında Qanunun qəbul edilməsi ilə vəziyyət kəskin şəkildə dəyişdi. İndi şirkətlər federal məhkəmədə mülkiyyət məlumatlarının qanunsuz istifadəsi ilə bağlı mübahisələri həll edə və gizli məlumatları oğurlamaqda məhkum edilmiş başqa şirkətin işçilərinin işlərini qanuni olaraq məhdudlaşdıra bilərlər. Bu qanundan Google-da istifadə etdi.
Apple və Google hamıdan çox çalışırdı.«Bu insanlardan hər hansı birini götürməyə çalışsanız,biz sizə müharibə elan edəcəyik»,-Stiv Jobs 2005-ci ildə Google-un üst səviyyə idarəçilərindən birini Apple ekspertlərinə yaxınlaşmağa çalışdığı zaman xəbərdar etdi. Cavab məktubunda Jobsa deyildi ki,« hər hansı bir Apple işçisini işə götürməyə cəhdləri tamamilə dayandırılıb».
Nəticə olaraq-Antimonopoliya komitəsinin vəkilləri Google, Apple və bir sıra digər şirkətlərə qarşı məhkəmədə iddia qaldırdılar. Onların fikrincə, saziş «rəqabəti əhəmiyyətli dərəcədə zəiflətmişdir». Hökumətlə mübahisəni həll edərək, 2015-ci ilə qədər şirkətlər müvafiq vətəndaşlıq məhkəməsinə 400 milyon dollardan çox vəsait ödəyiblər.
Qanunun çıxarılmasından sonra gizli sazişlərə ehtiyac qalmadı, indi işəgötürən kommersiya sirlərini mənimsədiyi üçün işçilərini məhkəmə ilə qorxuda bilər. Bundan əlavə, dövlət ittihamçıları şübhə yaranan kimi hakimiyyət orqanları ilə əlaqə yaratmağı təklif edir – bu yolla ittihamlar əvvəlcədən verilir.
Vəzifəli şəxslərin müşahidələrinə əsasən, texnologiya şirkətləri cinayət işi ümidlə getdikcə daha tez-tez hüquq-mühafizə orqanlarına müraciət edirlər və bununla da işçilərin fəaliyyət azadlığına təsir göstərirlər”.
Charles Duhiqq
Waymo ilə Uber arasındakı mühakimə 2018-ci il fevralın 5-də başlayıb,o vaxtdan münsiflər heyəti seçilib, 129 hüquqşünas 100 min səhifədən çox ifadələr, ərizələr və istəklər verilib. Tərəflərin vəkilləri Dahiqqə bildirib ki, məhkəməyə hazırlanmaq üçün on milyonlarla dollar xərclənib.
Lewandowski mətbuatda məsələni müzakirə etməkdən imtina etdi, lakin gözlənilməz bir bəyanat verdi: o,üzvləri süni zəka şəklində Allaha ibadət edən «Gələcəyin yolu» kilsəsini qurub.
“Nə vaxtsa maşınlar nsanlardan daha güclü olacaq və kilsə üzvləri bu əhəmiyyətli keçid üçün özlərini zehni və ruhən hazırlayırlar”.
Anthony Lewandowski
Lewandowski jurnalistlərə səmimi olduğunu bildirdi: «Mən Allaha inanmıram, amma Allah kimi ola biləcək bir şey yaradacağımıza inanıram».
Bu vaxt,məhkəmə salonunda kimə ifadə verəcəklərini, sorğunun nə qədər davam edəcəyini və nə vaxt fasilə veriləcəyi qərarı verilirdi. Məhkəmə bir neçə dəfə təxirə salınırdı; bir dəfə köhnə Uber işçisi etiraf məktubu yazdığına görə: şirkət,rəqiblərinə nəzarət etmək üçün gizli bir şöbəyə sahib idi, o cümlədən Waymo(rəsmi versiyaya görə, Uber ona 4.5 milyon dollar ödədikdən sonra ifadə verməkdən imtina etmişdi).
Lewandovskinin uşaqları ilə oturan baxıcı Anthonini emosional şiddətə görə günahlandırdı (onun sözlərinə görə Lewandowskinin evində bir qutu seks oyuncaqlar var idi) və çox milyonluq təzminat tələb etdi. Onun sözlərinə heç bir dəlil tapılmadı və nəticədə iş bağlandı.
Hakim William Alsup, «Mənim qarşımdakı əla hüquqşünaslar olmasına baxmayaraq, onlara inanmıram» dedi. Alsapa görə təqdim olunan sənədlər «əsasən həqiqəti gizlədir” və müzakirə “kifayət qədər aydın deyil».
Lakin,qətnamələrin birində hakim bildirib: qeyd edildiyi kimi, həqiqətə yaramayan bir şey oldu və Lewandowskinin Project Chauffeur-dan ayrılması «çox şübhəli hallar ilə müşayiət edildi».
Alsap həmçinin vurğuladı: «Lewandowski, verdiyi məlumat bazasına daxil olaraq, yüklənmiş faylları istifadə etmək niyyətində deyildi».Alsap məlumatların qanunsuz istifadə olunduğuna dair sübutları görmədi. «Uberin sirlərini aldığını sübut edə bilməsəniz, böyük bir probleminiz var», deyə hakim Waymo vəkillərinə bildirib.
Məhkəmədə, Lewandowskinin 14 min faylının yükləməsi şirkəti təhdid etmədiyi ortaya çıxdı.Onun bağlandığı server avtomatik olaraq faylları köçürüb. Bundan əlavə, sənədlərin dəyəri o qədər kiçik idi ki, Google onları xarici serverlərə köçürməyi düşünürdü.
Əvvəlcə Waymo Lewandowskini 121 ticarət sirrini mənimsədiyi üçün, Uberi isə- patent pozuntusunda günahlandırdı. Hakim Waymonun bəzi ittihamlarını «əsassız» tapdı və nəticəyə gəldi: şirkətin iddialarının əksəriyyəti elmin ümumi prinsiplərinə aiddir.
Dinləmələr yaxınlaşdıqca, Waymo prosesin sürətləndirilməsinə ümid etdiyinə görə, ittihamları zəiflətdi. Münsiflər heyətinin seçilməsi başa çatdıqdan sonra Uber və Lewandowskini yalnız səkkiz kommersiya sirrini pozmaqla günahlandırıldı.
Charles Dahiqq yazır ki,buna baxmayaraq prosesin bütün iştirakçıları, bir şey haqqında razılaşdılar: Lewandowskiden çox çətinliklər var.Hətta Uber ondan üz döndərdi, məhkəmə iddiasından sonra mühəndisini vəzifəsindən uzaqlaşdırdı.« Şirkət Anthony Lewandowskini işə qəbul etdiyinə görə təəssüflənir»- planformanın hüquqşünaslarından biri məhkəmədə etiraf edib.
Şahidlərin sorğusu zamanı Lewandowski Beşinci düzəlişə istinadən demək olar ki, bütün suallara cavab verməkdən imtina etdi. Hakim federal hakimlərə Lewandowskinin hər hansı bir cinayət törətmiş olub olmadığını öyrənilməsinin maraqlı ola biləcəyini düşünərək, federal prokurora xüsusi müraciət göndərdi.
Məhkəmədə, məsələn, taxta diyotların düzəldilməsi və onu düzəltmək üçün çuxurların, linzaların yerləşdirilməsi müzakirə edilirdi.
Waymonun hüquqşünası Charles Verhoeven məhkəməyə bildirdi ki, Uber-in direktoru Travis Kalanickin öz müavinlərinə «Bizə çit-kodları tapmaq lazımdır» yazıb.Verhoeven belə davam etdi: «Mən çit-kodun nə olduğunu bilmirəm, çünki qocayam – Amma başa düşürəm ki, video oyunlarda, çit-kodlar oyunun bir hissəsini buraxıb növbəti səviyyəyə keçməyə imkan verir. Elə görünür ki, şirkətin direktoru yazılı şəkildə deyir: Lewandowski Uberə Google-u geridə qoymaq üçün lazımdır».
Kalanikdən sonra, texnologiya sənayesində «çit-kodun»fərqli bir məna olduğunu məhkəmədə izah etmək məcburiyyətində qaldılar.
Növbəti səhər Waymo, Uberdə 0,33% -lik (təxminən 250 milyon dollar) bir hissəyə qarşı iddia qaldırmaq qərarına gəldi. Nümayəndələr Uberin patentləşdirilmiş Waymo texnologiyalarını istifadə etmədiklərini iddia etsələr də, razılığa gəldilər. Uber gələcək inkişaflarda Waymonun gizli məlumatlarını istifadə etməməyə razılaşdı .
Waymonun işdən çəkilməsi şirkət rəhbərlərinə Lewandowski ilə mübarizə yollarının tükəndiyi anlamına gəlmədi, deyə Charles Dahiqq yazır. 120 milyon dollarlıq mükafatını qaytarmaq istəyənlər onu arbitraj məhkəməsinə çağırdılar (proses hələ bitməyib).
Federal prokurorun köməkçisi Matt Parella, Google və Waymoya müraciət edərək, Lewandowskiye qarşı cinayət işi açmağı təklif etdi. Tezliklə, Parella və onun həmkarları Waymo, Uber ilə mühakimə zamanı səlahiyyətlilərdən və ictimaiyyətdən gizlətməyə çalışdıqları sənədləri əldə etdilər.
Dahiqqə görə, axtarış qərarı tələb etmədən, Google tədqiqatçılara Waymo əməkdaşlarının ifadələrini və qeydlərini nəzərdən keçirməyə və daxili serverlərdə saxlanan məlumatları araşdırmağa icazə verdi. Bəzi hallarda Waymo vəkilləri federal prokurora sənədləri özləri təqdim etməyi təklif etmişlər. Bu, şirkətə rəsmi məlumatlar olmadan özəl məlumatları hökumətə ötürməyə imkan verdi.
“Dövlət hüquqşünasları istehsal sirri oğurlanmasına aid istintaqların effektivliyini qeyd edirlər. Məsələn, prokurorlar yüz milyonlarla itirdiyi külək turbinləri istehsal edən Çin şirkəti Sinovel tərəfindən Amerika texnologiyasının oğurlanmasını sübut edə bildi. Lakin Lewandowski iddiasında, nəyin oğurlandığı və kimin zərər çəkdiyi dəqiq məlum olmadığından, Amerika ticarətinin risklərini qiymətləndirmək çətindir”.
Charles Dahiqq
Məhkəmədə korporativ sirri mənimsənilməsi ilə ittiham edilən işçilərin maraqlarını təmsil edən Daniel Olmos, deyib: «Məncə işçilər arasında paranoia səpmək üçün, çox işə ehtiyyac yoxdur. İki və ya üç kifayətdir. Mənə evdə şam yeməyindən sonra çalışmaqları üçün ev kompüterlərinə fayllar yükləyən işçilər qorxu içində müraciət edirlər,əgər onlarda iş yerlərini dəyişdirmək üçün cəhd etsələr onlarda mi ittiham oluncaqlar ? Mən gizlətməyəcəyəm: onların narahat olmağa səbəb var, çünki istəsə, şirkət sübut tapacaq».
“Waymonun rəsmi şərhində bilirilib ki, «Uber ilə məhkəmə əvvəlcə yüzlərlə mühəndis işinin qorunmasına yönəldildi və hakimin federal prokurorluğa etdiyi etiraz iddiaların tutarlılığını və toplanan dəlillərin gücünü sübut etdi»” .
Charles Dahiqq
«Mən qeyri-etik hərəkət etdiyimi düşünmürəm. Waymo ilə rəqabət aparmağa çalışdımmı? Əlbəttə. Amma bir oğru deyiləm, mən dürüst bir insanam »-deyə Lewandowski əmin edir. O, artıq Google və Uber üçün hazırlanmış texnologiyalara sahib deyildir. Ancaq Lewandowski bir dəfə daha pilotsuz yük maşını ilə məşğul olacaq və xaricdən, o cümlədən Çindən sərmayə cəlb etməyə ümid edir.