Roman Abramoviçin həyatı və sərvəti

Date:

Paylaş:

Rusiyalı biznesmen Çukotsk Muxtar dairəsinin sabiq sədri Roman Abramoviç Saratovda anadan olub.
Uşaq yaşlarında valideynlərini itirib. İlkin olaraq Uxta şəhərində yaşayan qohumunun yanında tərbiyə edilib, daha sonra digər qohumunun yanına Moskvaya köçüb.

Roman Abramoviç 2000-ci ildə Moskva Dövlət Hüquq Akademiyasını bitirib.

Əmək və siyasi fəaliyyəti
Əmək fəaliyyətinə 1987-ci ildə hərbi qulluqdan sonra Moskva 122 saylı xüsusi montaj trestinin Tikinti idarəsində mexanik kimi başlayıb. 1989-cu ilin yanvar ayından 1991-ci ilin may ayına qədər polimerdən hazırlanmış oyuncaqlar kooperativində sədr olub. 1990-cı illərin əvvəllərində bir sıra şirkətləri təsis edib.
1991-1993-cü illərdə kommersiya və vasitəçi fəaliyyəti, eləcə də neft məhsullarının yenidən satışı ilə məşğul olan ABK (Moskva) kiçik müəssisəsinin direktoru olub. 1992-ci ildə Moskva şəhər prokurorluğu tərəfindən dövlət əmlakının mənimsəməkdə ittiham edilərək, saxlanılıb. İlin sonunda cinayət tərkibi aşkar edilmədiyi üçün iş bağlanıb.
1993-cü ildən etibarən Roman Abramoviç “Noyabrsknefteqaz” şirkətində neftin satışı ilə başlayıb. Təqribən eyni zamanda biznesmen Boris Berezovski ilə tanış olur və onunla “Runicom Ltd” ofşor şirkətini yaradır. Abramoviç özü İsveçrənin “Runicom S.A.” şirkətinin Moskvadakı nümayəndəliyinə rəhbərlik edir.

Owner, Chelsea Football Club
The Russian tycoon and his famed Blues were one penalty kick away from a European title in 2008.

1995-ci ildə Abramoviç Berezovski ilə vahid “Sibneft” neft şirkətinin yaradılması təklifini irəli sürür.
1993-1995-ci illərdə “Petroltrans” şirkətinin direktoru olub.
1996-cı il ildə Sibir neft şirkəti ASC idarə heyətinin tərkibinə daxil olub. Biznesmenin “Sibneft”i Rusiyanın sabiq prezidenti Boris Yeltsinin və iş adamı Berezovskinin ailəsi ilə əlaqələri sayəsində qazanıb. 2005-ci ildə o, öz səhm paketini “Qazprom” şirkətinə 13 milyard dollara satıb.
2006-cı ildə dünyanın iri metallurgiya şirkətlərindən biri olan “Evraz Group” şirkətinin səhmlər paketini alıb.
1999-2000-ci ildə Çukotsk üzrə Dövlət Dumasının deputatı olub. “Sibneft”i təmsil edən və neft məhsullarının satışı ilə məşğul olan şirkətlər məhz Çukotkada qeydiyyatdan keçirilmişdilər. Dumada olduğu müddətdə heç bir fraksiyaya daxil olmayıb.
2001-2008-ci illərdə Çukotsk vilayətinin qubernatoru olub. KİV-də yayılan məlumatlara görə, regionun inkişafına və yerli əhalinin yaşayış səviyyəsini artırmaq üçün öz vəsaitindən az pul xərcləməyib. Bir neçə dəfə postunu tərk etmək istəyib, amma həmin dövrdə Rusiyanın prezidenti olan Vladimir Putin ilə görüşdən sonra fikrini dəyişib. Nəticədə ikinci müddətə seçilib. Abromoviçin qubernator səlahiyyətlərini 2008-ci ildə Rusiyanın digər prezidenti Dmitri Medvedyev “öz arzusu ilə” adı altında xitam verib.
Bir neçə gün sonra Duma deputatları Çukotsk muxtar vilayətinin deputatları ondan deputat olmağı və dairə Dumasına rəhbərlik etməyi xahiş ediblər. 2008-ci ilin payızında Abramoviç Çukotsk muxtar vilayətinin Dumasına seçilir və sədr olur.
2013-cü ildə Abromoviç Çukotsk Dumasının spikeri vəzifəsindən imtina edir.

2003-cü ildə futbol ilə maraqlanmağa başlayıb. 140 milyon funt sterlinqə İngiltərənin “Çelsi” futbol klubunu alaraq və faktiki olaraq Böyük Britaniyaya köçür.

Sərvəti 
Amerikanın “Forbes” jurnalının 2009-cu ildə dərc etdiyi dünyanın zəngin insanları reytinqinə görə, sahibkar dünya zənginləri arasında 51-cı yerdə idi. Sərvətinin həcmi isə 8,5 milyard dollar həcmində dəyərləndirilirdi. Bundan başqa biznesmenшт yaxta, avtomobil və mülk kollkesiyaları var.

Mükafatları
Çukotsk Muxtar vilayətinin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə görə, Şərəf ordeninə layiq görülüb.

Ailəsi
Rəsmi iki dəfə ailəli olub. Birinci həyat yoldaşı – Olqa Lısova olub. İkinci həyat yoldaşının adı İrina Malandinadır. İkinci nikahından beş övladı var. 2007-ci ildə boşanıb. Hazırda biznesmen Darya Jukova ilə evlidir. Bu nikahından bir oğlan və bir qız övladı var.

insider.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...