Kolumbiyanın aktrisası Sofiya Verqara “Forbes” jurnalı tərəfindən dünyanın ən çox gəliri olan televiziya aktrisası elan edilib.
Bununla bağlı reytinq siyahısı nəşrin saytında dərc edilib.
Jurnalın məlumatına görə, “Amerika ailəsi” komik serialında 2017-ci ilin iyunundan 2018-ci ilin iyununa qədər roluna görə məşhur olan Verqara 42,5 milyon dollara yaxın pul qazanıb. O, bununla 7-ci dəfədir ki, ardıcıl olaraq reytinq siyahısına başçılıq edir.
Siyahıda ikinci yerdə aktrisa Keyli Kuoko qərarlaşıb. Onun gəliri 24,5 milyon dolar qiymətləndirilir.
Jurnalın reytinq siyahısında üçüncü yeri isə 1 ilə 23,5 milyon dollar qazanmış Ellen Pompeo tutub.
Qeyd edək ki, “Forbes” Rusiyanın ən varlı qadınlarının siyahısını açıqlayıb. Inteco Management” şirkətinin prezidenti Yelena Baturina Rusiyanın ən varlı qadını olub. Jurnalının qənaətincə, o, Rusiyanın 25 ən varlı insanı reytinqində ilk yeri tutub.
Report