Airbnb Şirkətin tarixində 5 maraqlı fakt

Date:

Paylaş:

Lee Gallagherin  «Airbnb. Üç sadə oğlan necə yeni  biznes modeli yaradıb» kitabının qısa təsviri.

Airbnb nədir? Bu, sahibkarlara dünyanın hər yerindən insanlar üçün qısa və ya uzun müddətə otaq və ya mənzil icarəsinə kömək edən bir xidmətdir. Airbnb- bir neçə min işçisi olan və bir neçə milyard dollara qiymətləndirilən böyük şirkətdir. Hər il sifariş xidməti dünyada milyonlarla insan tərəfindən istifadə olunur. Xidmət göstəriciləri ildən-ilə artmaqdadır və olduqca böyük olan bazar hələ də mənimsədilmədiyi üçün onlar dayanmağı düşünmürlər.

Bu gün sizin üçün Le Gallagherin «Airbnb. Üç sadə oğlan necə yeni biznes modeli yaradıb». kitabının dəqiq bir şəkildə təsvirini hazırlamışıq. Lakin bu,Airbnb-in müvəffəqiyyət dərəcələri haqqında olmayacaq. Şirkətin üç qurucusunun tanınması və uğur qazanmasından əvvəl üzləşdiyi çətinliklər barədə danışacayıq.Müvvəfəqiyyətli startup qurmaq-olduqca çətindir, buna görə də bu yola başlayan hər kəs gül ləçəkləri ilə örtülməyəcəyini başa düşməlidir. Beləliklə,başlayaq!

Hər şey necə başladı

2007-ci ilin oktyabrında, iki dizayner-tələbə    Joe Gebbia və Brian Chesky,özlərininin böyük bir inkişaf konfransı iştirakçılarından icarəyə götürdükləri dörd otaqlı mənzili icarəyə vermək qərarına gəldilər. Sadə bir sayt yaradaraq təklifi yerləşdirdilər. 3 nəfər cavab verdi. Joe və Brian yaxşı bir məbləğ qazanmağı bacardılar. Sonra  mənzilləri digər ölkələrdə və şəhərlərdə yaşayan insanlara icarəyə verilməsinin o qədərdə dəli fikir  olmadığını qərara aldılar. Beləliklə Airbnb xidmətinin işə salınması başlandı. Bir müddət sonra onlar proqram mühəndisi Nathan Blecharzik ilə tanış olurlar və onu yeni şirkətin həmtəsisçisi olmağa dəvət edirlər. Nathan razılaşır. Beləliklə,yaradıcıların sayı üç olur. Və qrup icarə bazarını fəth etmək üçün uzun və çətin yola başlayır.

«Onlarda heçnə alınmayacaq»

Əvvəlcə heç kim Airbnb-in ideyasını başa düşmürdü.Hər kəs bunun növbəti məntiqsiz fikir olduğunu və heç vaxt mənfəət qazanmayacaqlarını düşünürdü. Brian Chesky  məşhur dizaynerin ona  dediklərini xatırlayır:« Brian, güman edirəm bu senin yeganə layihən deyil».İnvestorlar da şübhəli yanaşdılar,mənzillərin tanımadığı insanlara verilməsini qeyri-kafi və son dərəcə riskli olduğu bildirirdilər. Bununla yanaşı, o zaman yeni xidmətin artıq güclü rəqibləri var idi: Sraigslist, Couchsurfing və s . Chesky xatırlayır: «Heç kim bizim layihəyə sərmayə qoymaq istəmirdi».

Start-upın çətin həyatı

Hal-hazırda dollar milyarderləri olan  Joe və Brianın 2008-ci ildə yemək almağa pulları yox idi.Aylarla nahara quru taxıl yeməli olduqları vaxtları yadlarına salırlar. Ancaq layihəyə çox həvəsli idilər  və bu fikirdən imtina etmək istəmirdilər. Chesky-nin valideynləri maliyyə yardımı təklif etdilər, lakin o, imtina edərək dedi: «Biz bundan keçməliyik. Bir gün hər şey daha yaxşı olacaq».  Belə də oldu.

Gözlənilməz uğur

Layihənin potensialına ilk inanan start-up platformasında dünyaca məşhur, YCombinatorun qurucusu Paul Kreman olmuşdu. Hadisə həqiqətən də maraqlı idi. Joe, Brian və Nate Graham-ın yanına 15 dəqiqəlik bir təqdimatına gəldilər.Bütün bu vaxt ərzində o,onları ətraflı araşdırdı. Amma sonda aydın oldu ki, Paul layihənin ideyasını anlamayıb. O,onlara imtina edib. Ancaq Chesky son anda çantasından bir qutu taxıl alıb və onu Grahama hədiyyə edib. Paul təəcüblənərək bu nədir deyə soruşub? Chesky bunları sataraq yaxşı pul qazandıqlarını  söyləyib: qutunu 4 dollara alıb , 40 dollara satırdıq. Bu “macəra” ilə 20 min dollar qazanmağı bacarıblar. Demək olar ki, bütün pul Airbnb-in inkişafına xərclənmişdi, lakin indi uşaqlar yeni investisiyalara ehtiyac duyurdular. Graham təəccüblənib, hədiyyəni qəbul edib, Airbnb komandasına vida edib və  söyləyib: «Siz uşaqlar həşarat kimisiniz. Heçnə size durdurmur ».  Bir müddət sonra Cheskyni çağırıb və onları YCombinatora qəbul etdiyini söyləyib.

Onlar üç nəfər idilər,amma çox şeyi bacarırdılar

2009-cu ildə şirkət lazımi resurslar və investisiyalar əldə etdi. YCombinator onları   təkcə pulla deyil, həm də geniş dəstəklə təmin edə bildi: potensial investorlara çıxış, hüquqi məsələlərin həlli, potensial böyük müştərilərlə görüş və s. Lakin, o zaman Airbnb-də hələ də3 nəfər işləyirdi. Chesky tez-tez şəhərləri gəzir və sahibləri ilə söhbət edir, layihənin inkişafına kömək edəcək bütün «ağrılı nöqtələr» haqqında öyrənirdi. Bundan əlavə, professional fotoqraf kimi də çıxış edirdi.Sadəcə hər hansı bir mənzilə gedib və sahibinin qonaqları cəlb etməsini asanlaşdırmaq üçün şəkillər çəkirdi..Zəngləri mobil telefonu ilə qəbul edirdi.Çox vaxt qapı-qapı gəzir,xidmətə insanları yazır, görüşlər keçirirdi. Bütün proqram hissəsi Blecharzikin öhdəsində idi.Nate gecə-gündüz saytın memarlığı üzərində çalışırdı. Ancaq hər şey rahat deyildi. Tez-tez müxtəlif uğursuzluqlar olurdu, ödəniş sistemi işləmirdi,xidmət yüklənmədən «aşağı düşürdü». Lakin Blecharzik təslim olmadı  və nəticədə saytın təkminləşməsinə nail oldu. Demək olar ki, bir il üçün yalnız üç nəfər müxtəlif xidmətlər və istiqamətlər üzrə vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmiş və şirkəti inkişaf etdirmişdir. Onlar öhdəsindən pis gəlmirdilər,amma ABŞ-ın ən böyük kapital fondu  Sequoia Capital layihəyə  500 min dollardan çox sərmayə qoyduqdan sonra daha da inkişaf etmək, işçiləri işə götürmək, təsir sahələrini genişləndirmək lazım olduğu aydın oldu. 2015-ci ildə, Paul Graham gəncləri qanadının altına aldıqdan yalnız 6 il sonra, şirkətin dünyada müştərilərlə işləyən 2,000-dən çox işçisi var idi.

Üç əsas nəticə

Birincisi, uğurlu bir start-up yaratmaq- bu,hər zaman çətindir. Heç kim sizin fikrinizə inanmayacaq. İnvestorlar sizə pul verməyəcək. Bəlkə, müəyyən bir  müddət quru taxıl və doşirak yeməli olacaqsınız.

İkincisi, təslim olmamaq vacibdir. Bir fikir sahibiysəniz , daha sonra maraqlarınızı bölüşəcək insanları tapacaqsınız. Və əgər Airbnb-in təsisçiləri kimi ideyanız ilə yanırsınızsa, bir müddət sonra, bütün çətinlikləri keçib, uğur qazanacaqsınız.

Üçüncüsü, məsuliyyət daşıyıb, öhdəliklər üzərinizə götürüb və risk almağı bacarın. Airbnb-in yoluna güllər səpilməmişdi. Hər şey baş verib: qeyri-adekvat sahibkarlar, mənzillərdə problemlər. Hər bir halda Airbnb məsuliyyət daşıyır və bütün zərərləri ödəyirdi. Onlar deyə bilərdilər ki, onların xidməti sahibkarlarin əmlakı və qonaqların davranışı üçün cavabdeh olmayan üçüncü tərəfdir, lakin bunu etmədilər. Nəticədə, insanlar xidmətin müştəriləri yüksək qiymətləndirdiyinə, şirkətə etibar edə biləcəylərinə inandılar. Bütün bunlar Airbnb-ə daha çox yeni ölkələri fəth etməyə və sərmayəsini on milyard dollar artırmağa kömək etdi.

Kitab oxumaq?

Bəli. Sadə dildə yazılmış kitab, sizi ruhlandırır və bir çox mühüm həyati və biznes dərsləri öyrədir. Bir start-up başlamaq istəyirsiniz? Yoxsa başlamısınız, ancaq ilham və orijinal fikirləriniz yoxdur? Onda bu kitab sizin üçün mütləqdir!

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...