Məşhur iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə etiraf edib. Rusiya mətbuatına istinadla, iş adamı preizdentə məktub yazıb.
Məktubda İsmayılov iddia edib ki, keçmiş biznes ortağının qurbanı olub.
Məktub birbaşa ölkə başçısına ünvanlanıb. Qeyd olunur ki, məktub 12 səhifədən ibarət olub.
İsmayılov məktubunda qeyd edib ki, “Çerkizov” bazarı bağlanandan sonra o ən ədalətsiz vəziyyətə düşüb. Belə ki, onun şərikinə biznesini davam etdirmək üçün böyük ərazi ayrılsa da, ona heç nə verilməyib.
Bununla yanaşı İsmayılovun sözlərinə görə, köhnə şərikləri əlaqələrinin köməyi ilə, ona hücumlar edib, maliyyə vəziyyətini pozublar. Bundan sonra o hüquq-mühafizə orqanları xətti ilə izlənməyə başlayıb.
Nəticədə iş adamı ölkədən çıxıb. Daha sonra isə iki qətl törətməkdə ittiham edilib.