Azərbaycanda termal sularla isidilən istixanada istehsala başlanıb

Date:

Paylaş:

“İnvestisiya qoyuluşu məqsədi ilə Kürdəmirə cəlb edilmiş sahibkarlar tərəfindən müasir istixana tikintisi aparılır. Bu il “GEOTERMAL AGRO” MMC tərəfindən Mollakənd  kəndi ərazisində 10 hektar sahədə termal sularla isidilən müasir istixana tikintisi aparılmış və hazırda istixanada pomidor becərilir”.

Banker.az bu barədə Marja resursuna istinadən xəbər verir ki, bunu Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib.

“Geotermal Aqro” MMC  təbii üsulla yerdən çıxan isti sudan istifadə olunmaqla (istixanaların isidilməsi məqsədilə) 50 hektar sahədə istixanaları salmağı nəzərdə tutur.

Başçı qeyd edib ki, Kürdəmirdə iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar  sektorun  innovativ  inkişafını  təmin  etmək  məqsədi ilə 14650 hektar dövlət fonduna məxsus torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb  edilmiş və həmin torpaqlarda 5 aqropark yaradılmış, hazırda aqroparklarda infrastrukturların  yaradılması, torpaqların  yaxşılaşdırılması, suvarma şəbəkələrinin qurulması, saxlama anbarlarının və digər zəruri tikililərin tikintisi sahəsində  işlər davam etdirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...