“Forbes”: Uorren Baffet ən səxavətli investordur

Date:

Paylaş:

“Forbes” jurnalının tərtib etdiyi reytinqə görə, ABŞ investoru Uorren Baffet bir il ərzində ən çox ianə edən amerikalılar arasında birinci yerə çıxıb. O, 2017-ci ildə xeyriyyə təşkilatlarına 2,8 milyard dollar yardım edib.

TASS informasiya agentliyinə istinadən, jurnalda Uorren Baffetin 2 milyard dollardan çox vəsaiti öz yaxın dostları Bill və Melinda Qeytsin xeyriyyə fonduna keçirdiyi bildirilir. Yerdə qalan məbləği investor mərhum xanımı Syuzan Topmson Baffetin yaratmış olduğu fondun və hər ikisinin övladlarının təsis etdiyi üç təşkilatın arasında bölüşdürüb.

Jurnalın reytinqində 2-ci yerdə Bill və Melinda Qeyts (2,5 milyard ABŞ dolları), 3-cü yerdə milyarder və Nyu-Yorkun sabiq meri Maykl Blumberq (702 milyon ABŞ dolları), 4-cü yerdə “Walmart” supermarketlər şəbəkəsinin yaradıcısı Sem Uolton ailəsi (536 milyon ABŞ dolları), 5-ci yerdə Corc Soros (531 milyon ABŞ dolları), 6-cı yerdə “Facebook”un yaradıcısı Mark Tsukerberq və xanımı Pristsilla Çanın (400 milyon ABŞ dollar) adları qeyd olunub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...