Mark Zuckerberqin uğur hekayəsi

Date:

Paylaş:

Kompüter oyunları üzərində çoxlu çalışdıqdan sonra, Mark Zuckerberq proqramlaşdırmanı mənimsəyərək Facebook sosial şəbəkəsini yaradıb, bu olmadan müasir dünyanı  təsəvvür etmək mümkün deyil.

Böyük bir sərvət qazanmaq asan deyil, amma onu saxlamaq daha çətindir və daha da çətini qazanılmış sərvəti çoxaltmaqdır. İnvestbankçılar və analitiklər Forbes-ə dünyanın ən zəngin insanın necə uğur əldə etdiyini və onların investisiya strategiyaları və iş aparma yolları ilə necə fərqləndiyini izah ediblər. Beşinci epizodun qəhrəmanı Facebookun təsisçisi-Mark Zuckerberqdir.

Uşaqlıq dövründə Mark Zuckerberq kompüter oyunları yaradırdı. Özü də qəbul etdiyi kimi, hamısı iyrənc idi. Amma proqramlaşdırmanı  mənimsəməyə bu oyunlar kömək edib. Zuckerberq, 12 yaşında «Çuknet» adlandırdığı bir messenger proqramı yaratdı . Daha sonra, bu proqramı , Markın diş həkimi olanatası, assistentinin bütün ofisə qışqıraraq gələn pasientlər haqqında  məlumat vermək yerinə, sadəcə onu elektron formatda məlumatlandırması üçün  istifadə etməyə başlayıb. Messenger ailə ünsiyyəti üçün də  faydalı oldu.

2002-ci ildə, Mark Zuckerberq Harvarda qəbul olduqda, o, artıq qabiliyyətli bir proqramçı kimi tanınırdı. Tezliklə, o, tələbələrin dəqiqliklə hansı  dərslərə getdiyini dərc edə bilən “Coursematch” tətbiqini yaratdı. Daha sonra Zuckerberq, hər kəsin digər insanlarla tanış olub və bir-birlərinin  həyatlarını öyrənməsi üçün bir yolun olmamasına görə özünün dediyiki kimi üzülürmüş. «Die Welt am Sonntag» qəzetinin bir jurnalisti Coursematch Facebook-a necə keçdiyini soruşduqda, Zukerberq, sənət tarixindəki son imtahanın əsas rol oynadığını bildirdi. Zuckerberq, demək olar ki, bütün vaxtlarını proqramlaşdırmağa ayırırdı  və sənət obyektinin dəyəri haqqında esse yazılmaq lazım idi, bu imtahandan kəsiləcəyini hiss edirdi.  Daha sonra Zuckerberg kolleksiyadan təsadüfi seçilmiş bir əşyanı göstərən və bu barədə şərh yazmağa icazə verən tətbiq yaratdı. İmtahanın nəticələri yüksək idi. Mark daha bir neçə testi tamamladıqdan sonra, insanların istədikləri hər şey barədə düşüncələrini paylaşa biləcəyi bir tətbiq etmək yaxşı olardı fikrinə qapıldı – bu, Facebookun ilk versiyası oldu.

Bu Mark Zuckerberqin  həqiqətdir. 2009-cu ildə Facebook-un  65 milyon dollar ödədiyi  Harvarddakı yoldaşları hadisələrin başqa bir versiyasına inanırlar. Divya Narendra və Winkloss qardaşları Zuckerberqi tanışlıq saytı yaratmaq üçün yanlarında işə götürdükləri zaman onların ideyasını, texnologiyasını, dizaynını və biznes planını oğurlamaqda ittiham etdilər. Onların versiyasına görə, Zuckerberq bütün detallar ilə tanış olub, işini dürüst yerinə yerinə yetirmək  yerinə veb saytını yaradıb və sonra bu veb sayt Facebook-a çevrilib. Məhkəmənin detalları gizli tutuldu, hər iki tərəfin vəkilləri hətta jurnalistlərin məhkəmə zalından çıxarılmasını istədi. Nə olursa olsun, Facebook dünyanı fəth etdi və biz artıq bu tətbiq olmadan həyatımızı təsəvvür  etmirik.

Facebook fəal startup və texnologiyalara investisiya edir. Facebook tərəfindən əldə edilən şirkətlərin sayı əllidən çoxdur. 2012-ci ilin iyun ayında, Zuckerberqin şirkəti  Face.com-u satın aldı –şəkillərdə üzləri tanıya bilmə imkanı verən bir proqram. Həmin ildə Facebook olduqca məşhur olan və Facebook üçün ciddi bir təhlükə yaratma ehtimalı olan  Instagram-ı 1 milyard dollara  satın almışdı. Buna görə şirkət rəqibini almağa qərar verdi.  2014-cü ildə Facebook, Oculus VR virtual reallıq cihazlarının inkişaf etdiricisi üçün 2 milyard dollar sərf etmişdir. Virtual reallıq yalnız xatirələri və hadisələri dostları ilə bölüşməklə yanaşı, öz hisslərini onlara çatdırmaq üçün də imkan verə bilər.

Və nəhayət, Facebookun ən böyük sərmayəsi -WhatsApp messenger. Bu alış 19 milyard dollar başa gəldi. Facebookun öz messengeri yalnız 2015-ci ildə, yəni WhatsApp satın alınmasından sonra ayrı bir tətbiq kimi buraxılmışdır. Yeri gəlmişkən, WhatsApp-ın qlobal uğuruna baxmayaraq, ABŞ-da yalnız bir neçə faiz istifadə olunur. Amerikalıların  ünsiyyətinin  əsas yolu SMS (60% -dən çox), daha sonra isə Facebook Messenger (15%) və sonuncu 2% -lə WhatsAppdir. Bu, çox böyük ehtimal ki, WhatsAppın müxtəlif ölkələrdə insanların ünsiyyət problemini həll etməsi ilə bağlıdır, amerikalıların əksəriyyəti belə bir problemə malik deyil. Zuckerberq və WhatsApp-in yaradıcısı Jan Koum, messengerin monetizasiyası mövzusunda fikirləri fərqləndiyindən Jan Koum Facebookdan ayrıldı. Və bu gün WhatsApp-da dostları ilə söhbət etdikdən sonra sosial şəbəkələrdə  müzakirə etdiyiniz şeylər və ya göndərdiyiniz şəkillər inanılmaz bir şəkildə görünməyə başlayır. Əgər elə deyilsə -daha yaxından nəzər salın.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...