STP kabel məhsullarının Qırğızıstana ixracına başlayıb

Date:

Paylaş:

Sumqayıt Texnologiyalar Parkı (STP) ilk dəfə 110 kV-lıq elektrik kabellərinin Qırğızıstana ixracına başlayıb.

Bu barədə STP-nin məlumatında deyilir.

“STP oktyabrın 4-də Qırğızıstanın “ElektroSila” şirkətinin sifarişi əsasında 4 yük maşınından ibarət 2,384 min metr elektrik kabelini Qırğızıstana yola salıb. Ümumilikdə 7,14 min metr kabel satışını nəzərdə tutan sifariş iki mərhələdə müştəriyə çatdırılacaq”, – deyə məlumatda bildirilir.

Kabellər Bişkek şəhərinin mərkəzi rayonlarını elektriklə təmin edən yeni İstilik Elektrik Stansiyasının tikintisini və elektrik xətlərinin çəkilməsini nəzərdə tutan layihədə istifadə olunacaq.

“Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodu ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə müqavilələr bağlayıb. Müəssisə gələcəkdə Orta Asiya bazarında olan əməliyyatlarını artırmağı, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir”, – deyə məlumatda vurğulanır.

Kabel Zavodu Almaniya istehsalı olan avadanlıqla təchiz olunub və 500 kV-dək kabellər istehsal edir.

Sumqayıt Texnologiyalar Parkı energetika obyektlərinin tikintisi ilə məşğul olan “Azenco” şirkətinin strukturuna daxildir. Parkın sahəsi 250 ha təşkil edir.

STP-nin ərazisində 14 müəssisə və 18 istehsalat sahəsi fəaliyyət göstərir.

Parkın yaradılması Azərbaycanın sənaye sektorunda iri infrastrukur layihələrinin həyata keçirilməsinə yönəlib

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...