Azərbaycanda daha 2 “ABAD” regional mərkəzin açılışı olacaq.
Bu barədə məlumat verən ABAD-ın Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turanə Qasımova deyib ki, ilin sonuna kimi İmişli və Şəki rayonlarında 2 “ABAD” regional mərkəzin açılışı nəzərdə tutulub. Bundan başqa Şəkidə “ABAD” Məktəb və “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi fəaliyyət göstərəcək. Bu cür Tətbiqi Sənət Mərkəzi Nardaranda da öz qapılarını açacaq.
T.Qasımova əlavə edib ki, hazırda “ABAD” 303 ailəyə dəstək göstərir, onlar arasında 43-ü qida məhsullarının istehsalı sahəsində, 260-ı isə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışır.
Qeyd edək ki, “ABAD” mərkəzləri tərəfindən ölkəmizdə dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri həyata keçirilir.
“ABAD” mərkəzləri həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətləri göstərirlər.