Şimalda yaşayan insanlar üçün həkimlər tez-tez D vitaminin çatışmazlığı diaqnozu verirlər. Bununla onlarla xəstəikləri və sağlamlıq problemlərini izah edirlər: yorğunluq və kövrək dırnaqlarıdan tutmuş depressiyaya, uşaq raxitliyinə qədər və s. Müntəzəm olaraq KİV elmi tədqiqatlara istinadən vitamin D-nin faydalı xüsusiyyətləri haqqında məlumat yayır,bu səbəbdən kapsul və damcılar həkim tövsiyəsi olmadan satılır.
D vitamini üçün qlobal bazar artır və proqnozlara görə 2020-ci ildə $ 2,5 milyarda çatacaq. Ən çox D vitaminini ABŞ-da istifadə edirlər- 1999-cı ildən etibarən ölkədə satışı demək olar ki, dörd dəfə artıb və indi hər beşinci amerikalı bu vitamindən istifadə edir. Əla nüfuzunu vitamin D endokrinoloq Michael Hollicka borcludur.
Michael Hollickdə səhv olan nədir?
Vitamin D insanın sümük sağlamlığı üçün əhəmiyyətli olan kalsium və fosforu asimilasiya etməyə kömək edir. Orqqanizm yeməkdən, məsələn, yumurta, balıq və yağdan, həmçinin günəş işığının təsirindən vitamin alır. Amma Michael Hollick həmişə bunun kifayət olmadığını söyləyirdi.
Hollick-72 yaşında bir biokimya doktoru, Boston Universitetində professor, bir endokrinoloq, Endokrin Dərnəyi Başçısı və Clinical Laboratory elmi jurnalının baş redaktoru. 1979-cu ildən başlayaraq, Hollik 44,000 işçisi olan və 7 milyard dollardan çox illik gəliri olan Quest Diagnostics laboratoriyanın məsləhətçisidir. Quest müxtəlif xəstəliklərin və D vitamini çatışmazlığının diaqnozu ilə qazanır.
Öz karyerası ərzində, Hollick D vitaminin faydalarından o qədər elmi jurnallarlar yazıb ki, onları bir neçə toma sığışdırmaq olar. O, bu vitamin çatışmazlığı hallarında insanlarda immunitetin zəiflədiyini, ürək-damar xəstəliklərini, depressiyaya və hətta xərçəngə gətirib çıxara biləcəyini müdafiə edir. Yeri gəlmişkən, o dinozavrların rəxitlikdən həlak olduqlarını müdafiə edir, buna səbəb isə günəş işığının olmaması və vitamin D-nin çatışmamazlığıdır. Hollick vitaminin təşviqi və tədqiqatı üçün heç vaxt ödəniş almadığını bildirir. Ancaq bu mövzuda ciddi şübhələr var.
2010-cu ildə ABŞ-ın nüfuzlu Milli Tibb Akademiyası D vitamini çatışmazlığı üzrə müstəqil araşdırma aparmış və nəticələrlə 1132 səhifəlik hesabat nəşr etmişdir. Aydın oldu ki, amerikalıların əksəriyyəti kifayət qədər lazım olan D vitaminini təbii yolla alırlar – onu əlavə olaraq qəbul etmək lazımsızdır və hətta zərərlidir. Akademiyadakı tədqiqatçılar həkimlərə D vitamini çatışmazlığını yoxlamaq üçün qan testlərinidən sui-istifadə etməmələrini və bunu yalnız xəstənin osteoporozu və digər sümük xəstəlikləri olduğu halda etməklərini məsləhət gördülər.
Cəmi bir neçə ay sonra, 2011-ci ildə Xollick, «vitamin çatışmazlığı bütün yaş qrupları və irqdən aslı olmayaraq bütün amerikalılar arasında çox yaygın olduğunu» iddia etdiyi bir məqalə yayımladı. Vitaminin norması- millilitr qanda 30 nanoqram olduğunu bildirdi- Milli Akademiyadan fərqli olaraq 10 nanoqram daha çox. Hollickin məqaləsini Endokrin Cəmiyyəti adına «Klinik Endokrinoloji və Metabolizm jurnalı » tərəfindən nəşr olundu. Bu cəmiyyətin tövsiyələrini həkimlər, xəstəxanalar və kommersiya diaqnostika laboratoriyaları, o cümlədən Quest Diagnostics istifadə edir. Onlar yeni bir standart öyrəndi və adi 20 nanoqram D vitamini çatışmazlığı oldu.
Kim haqlıdır?
Hollickin məqaləsi D vitamini istehsalçıları və kommersiya laboratoriyaları üçün bir qızıl mədəni açdı. Həkimlər xəstələrə qan testlərinə göndərməyə başladılar və hər beşinci amerikalı sağlamlıq baxımından bir küp kapsul vitamin satın almağa başladı.
Amma New York Times Hollicki ifşa etdi. Jurnalistlər araşdırma aparırdılar və Medicare’s Open Paymentsin məlumat bazasında, 2013-ci ildən 2017-ci ilə qədər Hollickin dərman şirkətlərindən təxminən 163.000 dollar aldığını təsbit etdilər. Endokrinoloqa ödəniş edənlər arasında vitamin çatışmazlığı diaqnozunu aparan şirkətlər var – Sanofi-Aventis, Shire və Amgen, Roche Diagnostics və Quidel Corporation. Verilənlər bazasında 2013-ci ilə qədər heç bir məlumat yoxdur, lakin daha əvvəllər vitaminlərin təşviqi üçün pul qazanılması mümkündür.
D vitamininin sehrli xüsusiyyətləri son bir neçə il ərzində daha çox şişirdilmişdir. Klinik araşdırmalar ilkin araşdırmaların nəticələrini təsdiqləməmişdir. Vitaminin ürək xəstəliyi, sümüklərlə əlaqəli olmayan xroniki xəstəliklər və xərçəng riskini azaltığı həqiqəti yoxdur. Buna baxmayaraq, həkimlər, köhnə vərdişə əsasən, xəstələri testlərə göndərməyə davam edir və D vitamini almanın alışkanlığı istehlakçılar arasında yoxa çıxmayıb. Bazar böyüyür və 2020-ci ilə qədər 2,5 milyard dollara çatacağı proqnozlaşdırılır.