Adjayl (agile) nədir?

Date:

Paylaş:

Dünyada  Adjayl  sürətlə yayılır: zavodlarda, banklarda, sığorta və mühasibat şirkətlərində onun haqqında danışılır.Əgər sizdədə Adjayl planlaşdırılırsa,o zaman mövzunu araşdırmağın əsl vaxtıdır.

Adjayl nədir

Adjayl-öz dəyər sistemi olan düşüncə tərzidir. Fəlsəfəyə, dinə və mədəniyyətə bənzəyir – insanın inandığı və onun davranışına təsir edən seçimlər dəstindən biridir. Məsələn, buddizm və veqanizm kimi:

Buddistlər maarifləndirməyə nail ola biləcəyilərinə inanırlar.Onlar meditasiya edirlər,mülayim olmağa və başqalarına zərər verməməyə çalışırlar.

Veqanlar hər canlının həyatına dəyər verirlər. Onlar heyvan mənşəli olan hər şeyi istifadə etmirlər və heyvanlar üzərində aparılan eksperimentlərə qarşı çıxırlar.

Adjaylistlər inanırlar ki, işlək məhsulları müstəqil mütəxəssis qrupları istehsal edir. Bir utopiya kimi səslənsədə,Adjayl proqramistlər tərəfindən icad edilib.

Adjayl necə yaranıb

Əvvəllər məhsullar bütövlükdə hazırlanırdı. Bunun üçün zəncirvari proses gedirdi: fikir → texniki məsələ → dizayn → proqramlaşdırma → test →reliz. Test mərhələsində yeni bir fikir ortaya çıxdıqda, onu ya görməməlisiniz və yaxud əvvəlki mərhələlərini yenidən etməlisiniz. Bu səmərəsiz idi- məhsullar ola biləcəyindən pis alınırdılar.

Proqressiv ixtiraçılar yeni yanaşmalar cəhd etməyə başladılar. Beləliklə Scrum, Kanban və bir çox başqa yol əmələ gəldi. Komandalar iş prosesində məhsullarını test edə və dəyişdirə bilirdilər- bunun üçün belə yanaşmalar çevik yanaşma adlanırdı. Təcrübələr müvəffəqiyyətli oldu: müştərilər gözləntilərdə aldanmadılar və ixtiraçılar  müddət və büdcəynən işləyə bilirdilər.

2001-ci ildə işləyən məhsulların formulunu tapmaq üçün, müasir yanaşmaların 17 təcrübəçisi Snowbird dağlıq kənddə toplaşıblar. Onlar öz metodlarını müzakirə ediblər və başa düşüblər ki: yanaşmalar fərqlidir, amma fikirlər üst-üstə düşür. Bu fikirləri Adjayl –ın təməlinə qoydular , Adjayl-a Manifesti  əlavə etdilər və Adjayl prinsiplər ilə tamamladılar.

Adjayl fəlsəfəsinin mahiyyəti nədir?

Adjayl Manifestində, Adjayl prinsipləri də ümumi ifadələrlə təsvir olunur, bu səbəbdən, başa düşmək çətindir. Özünüz qiymətləndirin: «İnsanlar və qarşılıqlı münasibətlər proseslərdən və vasitələrdən daha vacibdir» və ya «texniki mükəmməlliyə və dizayn keyfiyyətinə daim diqqət layihənin rahatlığını artırır».

Daha aydın olması üçün, kombinasiyaların tərkibinin, iş prosesinin və nəticənin adjayl düşüncə tərzi ilə və onsuz necə fərqləndiyini müqayisə edin. Deyək ki, iki çörək sexi yeni bişmiş malların istehsalına başlamaq istəyirlər:

 

Adjayl müstəqil peşəkarlar qrupu olmaqdır

İş prosesi çox fərqlidir. Ənənəvi çörək sexlərində ciddi şəkildə funksiyaların bölüşdürülməsi və adjayl komandalarının birgə təcrübələri:

Adjayl, hər kəsin sevdiyi məhsulların sərbəst buraxılmasıdır

Adjayl Manifestonun və Adjayl prinsiplərinin fikirləri yeni bişmiş məhsulların istehsalına başlamasına kömək etdi. Ancaq ideologiyada aşırmalar zərərlidir – Adjyal-ın qaydaları və planlamanı inkar etdiyini düşünmək yanlışdır. Bütün bunlar var, lakin, insanlar arasında canlı ünsiyyətdən və işdə rahatlıqdan daha az rol oynayır.

Adjayl nə verir?

Adjayl düşüncə tərzini dəyişdirir, beləliklə əməkdaşlar yeni bir şəkildə şirkətdə iş aparırlar. Korporativ formalitələrdən azad olmaq, peşəkarlığı inkişaf etdirmək, komanda hissi və rahat iş yükü arzusu var.

Rəhbərlikdən və sənədlərdən azadlıq. Mütəxəssislər maraqlı vəzifələrə daha çox vaxt ayırır və daha az – rəsmi hesabat hazırlayırlar.

Normal işçilərin matrixdən uzaqlaşdırılması. Onlar yaşamaq üçün  iş gününün sonunu gözləmirlər. Əksinə, işçilər şirkətin onlara  ehtiyac duyduğunu hiss edirlər və peşəkar inkişaf barədə düşünürlər.

Daha çox ünsiyyət. Komandanın içərisində real komanda yaranır, burada hər kəs bir kəs üçündür, bir kəs hər kəs üçündür. Hər kəs problemlərini paylaşır və doğru zamanda ümumi müvəffəqiyyət uğrunda birlikdə hərəkət edirlər.

Rahat iş ritmi. Adjayl rahat bir iş ritmi təklif edir. Bunun sayəsində komanda uzun müddət çalışa bilir.

Adjayl daha xoşbəxt olmağa kömək edir: işdə həyatının işini görmək və zövq almaq

Scrum və Kanbanın bura nə aidiyyatı var?

Adjyalın öz dəyər sistemi ilə bir fəlsəfə olduğunu öyrəndik. Onlar cazibədar səslənir, amma işdə onları istifadə etmək çətindir. Hər komanda rəhbər  olmadan işləyə bilmir. Hər bir müştəri ixtiraçının ofisinə getməyə  və yaxud  gündə bir neçə dəfə zəngləşməyə razı olmaz. Və adjayl olmaq üçün nədən başlamaq lazımdır məlum deyil.

Adjaylın fəlsəfəsini praktikada tətbiq etmək üçün Scrum, Kanban və digər nəzarət üsulları istifadə edilir. Adjayl ruhunda işin necə təşkil ediləcəyini izah edən qaydalar bunlardır. Onlar müxtəlif dərəcədə fərqlidirlər. Məsələn, Kanbanda altı ümumi qayda var ,Scrum’da isə rollar, hadisələr və artefaktlar təsvir edilir. Bunları genişləndirmək və adaptasiya etmək olar, ən əsası isə Adjyal dəyərlərinə əməl etməkdir.

Siz qaydalar olmadan Adjayl ola bilərsiniz. Demək olar ki, bütün start-uplar və bəzi korporasiyalar belə işləyir. Əgər siz yalnız iki nəfərsizsə, qaydalara əməl etməyiniz və ya funksiyaları öz aranızda ciddi şəkildə bölüşdürməyiniz çöx güman ki mümkün olmayacaq. Əksinə, davamlı olaraq gələn vəzifələr icra etməyə çalışırsız. Hər kəs daha çox sevdiyi bir parça işi görür, sonra dostuna baxır. Lazım gələrsə, kömək təklif  edir və ya kömək istəyir.

Adjayl olmadan qaydaları istifadə edə bilərsiniz. Bu, adjayl olmaq istəyən Rusiya şirkətlərinin əksəriyyətinin səhvidir. Etiketlər ilə lövhələr asırlar, amma əslində bir şey dəyişdirmirlər.Bu, daha çox  bir kult halına bənzəyir.

Scrum və Kanban, Adjayl fəlsəfəsini tətbiq etməyə və nəticəyə çatmağa kömək edir

Məqalədə yadda saxlamalılar:

  • Adjayl öz dəyər sistemi ilə düşüncə tərzidir.
  • Adjaylın fəlsəfəsini tətbiq etmək üçün praktikada qaydalar var.
  • Birlikdə onlar nəticə təmin edirlər.

Doğrunu danışmaq

Adjayl düşünmə tərzi

Adjayl olmaq

Adjayl ruhunda çalışmaq

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...