Forbes ən yüksək ödənişli reperin adını açıqlayıb

Date:

Paylaş:

Forbes Jay Z. kimi tanınan Şon Karter’i dünyanın ən yüksək ödənişli reperi elan edib. Bir il ərzində o, 76,5 milyon dollar qazanıb.

 Forbes, ən yüksək ödənişli rep musiqiçilərinin reytinqini elan edib. Siyahının başında Jay Z. kimi tanınan Şon Karter qərarlaşıb. O, il ərzində 76,5 milyon dollar qazanıb.

Bildirilir ki, bu il bu qədər pul qazanmağa Jay Z.-yə  həyat yoldaşı Beyonce ilə birgə yazdığı Everything Is Love albomu  və One The Run II qastrol turniri  köməklik göstərmişdir.

İkinci sırada isə daha əvvəl üç il ard-arda reytinqə liderlik edən-  Şon Combs (Diddy) qərarlaşıb. Bu dəfə onun gəliri 64 milyon dollar təşkil edib. 2017-ci ildə ən yüksək ödənişli məşhurların reytinqinə rəhbərlik edirdi. Siyahıda üçüncü sırada 12 ay ərzində 58 milyon dollar qazanmış Kendrick Lamardır.

İlk onluqda  – Drake (47 milyon dollar), J. Cole (35,5 milyon dollar), Dr. Dre (35 milyon dollar), Nas (35 milyon dollar), Pitbull (32 milyon dollar) və Kanye West (27,5 milyon dollar). Reytinqdə ümumi 20 ifaçı var. Qeyd edildiyi kimi, hip-hop Amerikada ən populyar janrdır və ilin ən yüksək ödənişli 10 ifaçısı ümumilikdə $ 405,5 milyon qazanıb.

Mart ayında Forbes Jay Z-ni 900 milyon dollar sərvətlə ən varlı hip-hop sənətçisi olaraq elan edib. O, sərvəti 825 milyon dollar dəyərində qiymətləndirlən  Diddy’i keçıb.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...