2017-ci ildə “Yüksək Texnologiyalar Parkı” (YTP) MMC-nin xalis zərəri 529,793 min manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 46,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Maliyyə hesabatına əsasən, ötən il MMC-nin gəlirləri 71,038 min manat (artım 3,6%), xərcləri 600,831 min manat (azalma 42,9%) təşkil edib.
2017-ci ildə “Yüksək Texnologiyalar Parkı” MMC aktivlərini 1,3% – 7 mln. 570,011 min manatadək azaldıb. 1 yanvar 2018-ci il tarixinə cəmiyyətin öhdəlikləri 594,863 min manata (azalma 9,2%) bərabərdir və onların bütün həcmi qısamüddətli aktivlərin payına düşür.
Cəmiyyətin kapitalı 6 mln. 975,148 min manata (azalma 0,5%), o cümlədən nizamnamə kapitalı 50 min manata (dəyişməyib) bərabərdir. 2017-ci ilin sonuna YTP-yə dövlət investisiyaları 11 mln. 7,56 min manat (ötən il ərzində artım 4,7%), ümumi zərər 4 mln. 82,412 min manat məbləğində qiymətləndirilir.
“Yüksək Texnologiyalar Parkı” MMC 2012-ci ilin noyabr ayında yaradılıb. Parkın rezidenti bir hüquqi şəxsdir.*