Oktyabrın 5-28-də Bakıda Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Bu barədə tədbirin təşkilatçısı olan Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Sərgi-satış yarmarkasının açılışı 5 oktyabr, saat 12.00-da olacaq. Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-na qədər mühafizə olunan anbara təhvil verməlidirlər. Yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq”, – deyə məlumatda bildirilir.
Yarmarka ucqar kənd və dağlıq ərazilərdən olan fermerlərə dəstək göstərilməsi, yerli bal məhsullarının reklam edilməsi və satışı məqsədilə hər il keçirilir.*