Milyoner Jack Ma doğum günündə vəzifəsini bir il sonra, 10 Sentyabr 2019-cu ildə tam Daniel Zhang’a verəcəyini söylədi. Bu müddət ərzində şirkət lider dəyişməyə hazır olmalıdır.
Alibaba Qrupunun təsisçisi Jack Ma, şirkətdəki dəyişikliklərin illik planını açıqladı. Şirkət rəhbəri vəzifəsini bir il içində buraxacaq, yerini idarə heyəti üzvü Daniel Zhang alacaq, bu barədə məlumat şirkətin Twitter hesabında verilib.
Əvvəllər “The New York Times” qəzeti Jack Ma’nın sentyabrın 10-da təqaüdə çıxması barədə məlumat yaymışdı. Bu gün onun 54 yaşı tamam olur. Ancaq sonradan Jack Ma bu məlumatın səhv olduğunu bildirdi : bu, 10 sentyabr 2019-cu ildə baş tutacaq.Lakin bir il şirkətin rəhbəri kimi işləməyi planlaşdırır. Bu il ərzində səlahiyyətləri Daniel Zhang-a ötürmək üçün bir plan həyata keçiriləcək. Jack Ma’nın şirkət başçısı olaraq vəzifədən ayrılmasına baxmayaraq, idarə heyətində bir yeri qalacaq.
Alibaba’nın korporativ veb saytında dərc edilən müraciətində Jack Ma, Daniel Zhang’ın 11 ildir şirkətlə birlikdə olduğunu xatırlatdı. «O, baş direktor olduğu vaxtdan etibarən, əla qabiliyyətini, işgüzarlığını və güclü rəhbərliyini nümayiş etdirib. Onun rəhbərliyi ilə, Alibaba 13 rüb ərzində ardıcıl ardıcıl və davamlı artım gördü», milyarder bildirib.
46 yaşındakı Daniel Zhang daha əvvəl Taobao və Tmall.com baş maliyyə direktoru vəzifəsini icra edib. Hələ 2015-ci ildə Jack, onu öz varisi adlandırıb, South China Morning Post yazır.
Forbes Jack Ma-nın sərvətini 36,6 milyard dollar dəyərində qiymətləndirir və dünyada ən zəngin insanların siyahısında 21-ci yeri tutur. 1999-cu ildə Alibaba şirkətini qurub. Bloomberg TV-yə verdiyi müsahibədə, milyarder şirkətdən ayrıldıqdan sonra xeyriyyəçilik üçün daha çox vaxt sərf etməyi planlaşdırdığını söylədi. Onun sözlərinə görə, təhsil layihələrini maliyyələşdirəcək bir fond yaratmaq niyyətindədir.