Keys Casper: 18 ay ərzində beş dost 100 milyon dollar deyərində döşəklər satıb

Date:

Paylaş:

Şirkətin gələcək qurucuları bir biznes-inkubatorda  tanış olublar.Orada onlar döşəklərin satılması təcrübəsini dəyişdirməyi qərara aldılar, yatırımı  dizayna, sosial şəbəkələrə və online satışa etdilər.Şirkət fəaliyyətinin dördüncü ilində 300 milyon dollarlıq döşək satmışdı.

One Commerce Group-un yaradıcılarından biri Nikita Bovıkin «Əlavə dəyər»  layihəsi çərçivəsində bir neçə dəfə qablaşdırma və marketinqə yaradıcı yanaşması səbəbindən sadə bir məhsul üzərində böyük biznes quran gənc şirkətlər haqqında məlumat verir.

Təqdimat

  • Veb səhifə: casper.com.
  • Biznes bu gün: 2017-ci il üçün 300 milyon dollardan çox gəlir.
  • İşçilər: təxminən 300.
  • Karyerasının başında qurucuların yaşı: 25-30 yaş.
  • Qurucuların əvvəlki fəaliyyətləri: start-up.

 Fürsət

Rahat yuxunu necə təmin etmək olar? Bu sualı «ağıllı» saat, sensorlar və digər avadanlıqların inkişaf etdiriciləri həll etməyə çalışır. New Yorkdan Casper Startup müştəriləri üçün ən rahat yuxu təmin edəcək əlverişli və yüksək texnologiyalı bir döşək yaratdığını düşünür.

ABŞ-da döşək sənayesi ildə təxminən 15 milyard dollar dəyərində qiymətləndirilir. Döşəyin alınması-gərgin məşğuliyyətdir. Döşək seçərkən insan bir sıra çətinliklərlə üzləşir:

  1. Döşək seçmək çətindir:onlardan çox var, hər yerdə müxtəlif funksiyalar və xüsusiyyətlər var –bu,insanın fikrin qarışdırır.
  2. Döşək mağazalarında satıcılar adətən satış faizindən qazanırlar, buna görə də həmişə daha bahalı yatağı «satmağa» çalışırlar.
  3. ABŞ mağazalarında döşəklər bahalıdır: çox vaxt onlar müştərilərə 1000 dollardan çox başa gəlirlər.

2013-cü ildə Casper təsisçiləri bu sənayedə inqilab yaratmağa qərar verdilər.

  • Min modelin əvəzinə , şirkət yalnız bir döşək modelinin satışı ilə başladı (bu gün üçdü).
  • İsrarli satıcı-məsləhətçilər əvəzinə,şirkət məhsulun online satışını həyata keçirir.
  • Offline pərakəndəçili olmaması səbəbindən şirkət xərcləri azaltmağı və müştərilərə münasib qiymətə keyfiyyətli bir döşək təklif etməyi bacardı.

Niyə Casper bir döşək modeli ilə başlamışdır? 2013-cü ildə istifadəçilər, insan belinin vertebral sütünunu yadda saxlayan funksialı döşək,su döşəkləri,yaylı döşək kimi müxtəlif variantlar içərisində boğulurdular.

Casperin təsisçiləri bazarın təklif etdiyi bütün döşəkləri  təhlil ediblər. Bundan sonra onlar potensial müştərilərədən hansı səbəbdən,hansı döşəklərə üstünlük verdiylərini soruşublar. Daha sonra, onlar  müxtəlif növ döşəklərin həqiqətən lazım olmadığına və yalnız bir modelin alıcıların əksəriyyətini təmin etmək üçün kifayət olduğu qərarına gəldilər.

Şirkət həmçinin çatdırılma və loqistika üzrə qənaəti bacardı. Casper döşəklərini təkcə avtomobilin yük yerinə deyil,hətda motosikletin yük yerinə yerləşdirə biləcək qədər balaca qutunun icinə paket etmək olar.

Müştərilər, 100 gün ərzində döşəyi yoxlaya və onu bəyənməsələr geri qaytara bilərlər.

Casperdə qiymətlər 350 dollardan başlayır.

Necə başladılar?

2013-cü ilin yayında, Casperi heç kim tanımadığı vaxtda, potensial qurucuları Philip Krem, Jeff Chapin, Neil Wig, Luke Sherwin və Gabriel Flantham təsadüfən Nyu-Yorkda bir biznes- inkubatorda birləşdilər. Parik, Sherwin və Fleming bir-birlərin tanıyırdılar –onlar birlikdə internet üzərindən satış şirkətinə başlamışdılar. Krim və Chapin bu biznes -inkubatorda onlarla görüşdükdən dərhal sonra dost oldular və fikir mübadiləsi aparmağa başladılar.

Məlum oldu ki, Krim, Parik və Chapin bir çox ümumi cəhətləri var- onlar yuxu sənayesində işləyiblər.

Creem The Merrick Group’u şirkətini təsis edib və onun iki böyük veb-saytı AngelBeds.com və SleepBetterStore.com mövcuddur.. Sənaye dizayneri və mühəndisi Jeff Chapin, Ideo beynəlxalq dizayn və konsaltinq firmasında döşəklərin dizaynı üzərində çalışmışdır. Fletman və Shervinin digər mühüm biznes təcrübələri var idi: Fletman internet satışları sahəsində, Shervinin isə kütləvi informasiya vasitələri ilə işləmək və markanın yaradılması kimi təcrübələri var idi.

Şirkətin açılışından əvvəl, beş qurucu bir plan hazırladılar: pərakəndə satışdan xərclərin bir hissəsini aradan qaldırmağa və internet vasitəsi ilə keyfiyyətli döşəkləri satmağa qərar verdilər. 22 Apreldə saytın açılışı ilə, bir neçə döşəyin satılacağı gözlənilirdi.

Casperin təsisçiləri mətbuatı öz kəşflərinə cəlb etməyə çalışırdılar, lakin o vaxt Philip Creem Nyu-Yorkdakı ofisinə dəvət etdiyi jurnalistlərin, investorların və ailə üzvlərinin həqiqətən də açılışda olacaqlarından əmin deyildi. Ancaq çağırılan qonaqların hamısı tədbirə gəldi. Bundan əlavə, Casper mediyada çox müsbət rəylər aldı.

Beləliklə, ilk müştərilər PR vasitəsilə cəlb edildi. İlk il ərzində şirkət 1,8 milyon dollarlıq döşəklər satmağı planlaşdırırdı.Bu məqsədə qurucular 60 gün ərzində nail oldular.

İlk müştərilərinə minnətdarlığını bildirmək üçün Casper, hər bir qutunun içərisinə döşəklə birlikdə bir dəri örtüylü kitab qoydu.Boş vaxtlarını müştərilərlə sərf edirdilər:çatda yazışırdılar, e-poçt yazır və ya telefonla əlaqə saxlayırdılar. Şirkətin veb saytında hətta «qurucu ilə danışın» düyməsi belə var idi.

Casper marketinqə çox pul sərf edir. Fortune, şirkətin illik büdcəsinin 80 milyon dollar olduğunu təxmin edir. Markanın marketinq şöbəsində 25 nəfər çalışır. Əsas xərclər: SEO, Facebook, Instagram və Twitterdir.

Şirkət SEO-ya çox sərmayə yatırır. Marka  müvafiq axtarış sorgularını əhatə edən minlərlə məqalə məzmunlu bir neçə layihəyə malikdir.

Həmçinin, şirkət bir çox offline- reklam istifadə edir: əsasən Nyu-York Metrosunda.

Şirkət bu gün

2014-2015-ci illərdə şirkət 100 milyon dollarlıq döşəklər satmışdır.

2016-cı ildə Casperinn satışdan gəlirləri 200 milyon dollar idi.

Krimin sözlərinə görə, 2017-ci ildə şirkət 300 milyon dollardan çox gəlir əldə edib.

Şirkət, yastıqları, çarşafları, yorğanları, yay örtükləri və itlər üçün döşəklər də daxil olmaqla, məhsullarını genişləndirdi.

Şirkət bütün müddət ərzində 750 milyon dollar dəyərində 240 milyon dollarlıq maliyyələşdirməni cəlb etmişdir.

Casper müştərilərin mallara «toxunmaq» istəyini  başa düşürdü, buna görədə şirkətin məhsullarını bir çox pərakəndə mağazalarında tapmaq olar. Məsələn, 2017-ci ilin may ayında Casper Target ilə yeni bir ortaqlıq elan etdi,hansı ki,Casperə 75 milyon dollar yatırım etdi. İndi döşəklər istisna olmaqla bütün məhsullar ölkə daxilində Targetin 1200 mağazalarında təqdim ediləcək.

2018-ci ildə Casper Nyu-Yorkdakı “The Dreamery” adlı yer açdı və yuxu üçün yerləri 25 dollara bron etmə imkanı yaratdı.

Casper ilə yanaşı,bazarlarda hər birinin on milyon dollar cəlb edən, oxşar təkliflərlə  yeni start-uplar yarandı (qutuda döşək, 100 gecə test-drayv): Leesa, Tuft & Needle, Saatva, Purple kimi şirkərlər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...