“Bazarstore” supermarketlər şəbəkəsinin “28 Mall” ticarət mərkəzində yerləşən filialı bağlanır.
Şəbəkə əməkdaşlarından birinin Foodinfo.az-a verdiyi məlumata görə, artıq “Bazarstore”un ticarət mərkəzindəki filialında piştaxtaların yığışdırılmasına başlanılıb. Yaxın günlərdə “Bazarstore”un həmin filialı tamamilə boşaldılacaq. Belə ki, “Bazarstore” ilə “28 Mall” arasındakı müqavilənin müddəti 1 sentyabr 2018-ci il tarixində başa çatır.
“Bazarstore”un “28 Mall”dakı yerini “BRAVO Supermarket”in tutacağı bildirilir.
Qeyd edək ki, “Bazarstore” mağazalar şəbəkəsi “Azersun Holding” MMC-yə daxildir. 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir.