Özbəkistanda artıq blockchain texnoloqiyalarını, kriptoaktivləri və mayninqi qanunlaşdırdılar. Ölkənin Prezidenti Şəvkət Mirzəyev, rəqəmsal iqtisadiyyatın əsas vəzifələrini təyin edərək, «Özbəkistan Respublikasında rəqamsal iqtisadiyyatın inkişafına dair tədbirlərin görülməsi» haqqında sərəncəm imzalayıb. Xüsusi ilə kriptoaktivlərin dövriyyəsinin , mayninqin, smart-layihələrin və blockchainin tətbiqi və inkişafı investisiya və sahibkarlıq fəaliyyətinin inkişafında köməklik göstərəcək.
Özbəkistan aşağıdakı prioritetli istiqamətləri qəbul edib:
- Blockchainin tətbiqi və istifadəsi üçün ixtisaslı heyətin hazırlanması;
- Blockchain-texnoqoliyalarının sahəsi üzrə beynalxalq və xarici təşkilatlarla hər tərəfli əməkdaşlığın inkişafı;
- Rəqəmsal iqtisadiyyatın inkişafı üçün texnoloqiyanın tətbiq edilməsində dövlətnən şəxsi biznes arasında sıx əlaqəsinin yaradılması.
Kriptovalyutanın dövriyyəsi xüsusi normativ tənsizmlənməyə itaət edəcək. Kriptovalyutaların alış-satışına vergi ödənilməyəcək, əldə edilən gəlir isə vergi sisteminə vurulmuyacaq.
Rəqamsal iqtisadiyyatın inkişafi proqramı çərçivəsində, Özbəkistanın 1 yanvar 2021-ci ildən etibarən blockchainin tətbiqinə başlanması gözlənilir:
- Dövlət təşkilatlarının, dövlət satınalmalarının, dövlət quluğunun göstərilməsinin, məlumatların doğruluğunun işlərinə tətbiq ediməsi;
- Dövlət reestrlarində və verilənnər bazasında tətbiq edilməsi;
- İri kommersiya təşkilatlarının nizamnaməsinin dövlət payında olan korporativ sistemdə tətbiq edilməsi;
- Klirinq əməliyyatları zamanı ödənişlər apardıqdada, ticarətin maliyyəşləməsində və həmçinin kreditdə tətbiq edilməsi.