Crypto.com domeini bir neçə milyon dollara satıldı
Son illərdə kriptovalyutaya qarşı sürətlə artan maraq domein crypto.com-un ətrafında xüsusi təşviş yaradıb. O hələ 1993-cü ildə Pensilvaniya Universitetinin kompyuter elmləri professoru və Tor proektinin idarə heyətinin üzvü Met Bleyz tərəfindən qeydiyyata alınmışdı. Bleyz çoxlu təkliflər almasına baxmayaraq yaxın keçmişədək onları rədd edirdi, və domeinin satılmamasında israr edirdi.
Buna baxmayaraq məlum oldu ki, domeini kriptovalyutalı Visa debet kartını ixtira edən Monako proekti əldə edib. Ekspertlər güman edirlər ki, crypto.com üçün proekt 10$ mln ödəyib,lakin Monaconun layihəsi baş direktoru Kris Marsalek bu informasiyanı şərh etməkdən imtina etdi.
״_________________________________
Məsələ yalnız puldan ibarət olsaydı,
Bleyz domeini çoxdan satmış olardı
Monaconun baş direktoru
Kris Marsalek
_________________________________״
2017-ci ilin iyun ayında Honkqonqdaki İCO-da Monaco layihəsi 25$ mln kriptovalyuta cəlb etmişdir. Marsalekin sözlərinə əsasən kriptovalyutaların qiymətinin artması nəticəsində, indi şirkətin balansı 200$ mln təşkil edir( xüsusi ilə efirdə). Lakin baş direktor inanır ki, domeinin satışında vacib olan yalniz pul deyil həm də hansı məqsədlərdə istifadə olunacağıdı.
___״_________________________
Bu çox güclü addır. O bütün kateqoriyaları təmsil edir, bu səbəbdən bizim üzərimizə böyük məsuliyyət düşür. Biz buna məsuliyyətsiz yanaşmırıq və düşünürəm ki, biz daha yüksək məqsədlərimizin olduğunu çox gözəl çatdıra bildik.
Monaconun baş direktoru,
Kris Marsalek
___________________________״
Hər kəsin almaq arzusunda olduğu domein, Monaco layihəsi rebredinqinin bir hissəsidir. Ana şirkət adını Crypto.com-a, Monaco servisləri-Visa karta , P2P daha dəqiq desək köçürmələr və cüzdan MCO-ya dəyişəcək.
Monaconun öz kartı təzəlikcə əsasən proektin komandasının kiçik bir qrup istifadəçi tərəfindən test mərhələsindən keçir. Marsalek bəyan etdi ki, kart Sinqapurda və Avropada artıq bu yay bütün müştərilərə şamil olunacaq, dördüncü kvartalda isə çox güman ki ABŞ-dada tətbiq olunacaq.