“Aztelekom” MMC Çinin “Huawei International Co. Limited” şirkəti ilə DSLAM avadanlığının satın alınması haqqında 800,7 min manatlıq müqavilə bağlayıb.
Bu barədə Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Agentliyindən məlumat verilib.
““Huawei International Co Limited” “Aztelekom”un cari ilin may ayında keçirdiyi müvafiq tenderin nəticələrinə görə 30,72 min port tutumlu DSLAM avadanlığının tədarükçüsü seçilib. Şirkətlə müqavilə iyunun 27-də imzalanıb. Müqavilənin dəyəri 800,7 min manatdır”, – deyə məlumatda bildirilir.
“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və öz tabeliyində 57 yerli telekommunikasiya müəssisəsini birləşdirir.
© “İnterfaks-Azərbaycan”